''ASAN Xidmət'' mərkəzlərində vakansiyalara qəbulla bağlı müsabiqə

''ASAN Xidmət'' mərkəzlərində vakansiyalara qəbulla bağlı müsabiqə
Məkan:

1 saylı Bakı ASAN xidmət mərkəzi

Başlanma tarixi: 11 İyun Bitmə tarixi: 10 İyul

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xətti üzrə "5 saylı Bakı ASAN xidmət" mərkəzində 20, Sabirabad "ASAN xidmət" mərkəzində 14, Bərdə "ASAN xidmət" mərkəzində 17, ümumilikdə 51 vakant kiçik rəis heyəti vəzifələrində xidmətə qəbulla əlaqədar müsabiqə elan edir.

Müsabiqədə yaşı 25-dən yuxarı olmayan, "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə" ilə müəyyən olunmuş şərtlərə cavab verən, boyu 160 santimetrdən yuxarı, əvvəllər məhkum olunmamış, ali və ya orta-ixtisas, yaxud tam orta təhsilli, Azərbaycan Respublikasının qadın vətəndaşları iştirak edə bilərlər.
Müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti, biliyi və fiziki hazırlıq səviyyəsi müəyyən olunmuş normativlər üzrə yoxlanacaq, ali təhsilli və xarici dil bilən namizədlərə üstünlük veriləcəkdir.

  • "5 saylı Bakı ASAN xidmət" Mərkəzinə müsabiqədə iştirak üçün - Bakı şəhərində yaşayış yeri üzrə qeydiyyatda olanlar Bakı şəhəri, Azərbaycan prospekti 7-də yerləşən Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinə;
  • Sabirabad "ASAN xidmət" Mərkəzinə müsabiqədə iştirak üçün - Sabirabad və ətraf rayonlarda yaşayış yeri üzrə qeydiyyatda olanlar Sabirabad şəhəri Heydər Əliyev prospekti 91-də yerləşən Sabirabad rayon polis şöbəsinə;
  • Bərdə "ASAN xidmət" Mərkəzinə müsabiqədə iştirak üçün - Bərdə və ətraf rayonlarda yaşayış yeri üzrə qeydiyyatda olanlar Bərdə şəhəri Bərdə küçəsi 26-da yerləşən Bərdə rayon polis şöbəsinə müraciət edə bilərlər.

Müsabiqədə iştirak etmək istəyən şəxslər 2015-ci ilin iyul ayının 10-dək iş günləri saat 10-dan 17-dək elanda göstərilən polis orqanlarına müraciət edərək aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:

  • şəxsiyyət vəsiqəsi;
  • təhsil haqqında sənədin əsli;
  • əmək kitabçası (olanlar üçün).

Əlavə məlumat üçün əlaqə telefonları:

  • (012) 590-95-23 Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsi
  • (012) 590-82-17 Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsi
  • (020) 205-28-02 Bərdə RPŞ
  • (021) 235-70-56 Sabirabad RPŞ

Mənbə