9-cu Azərbaycan Beynəlxalq ''Təhsil'' sərgisi

9-cu Azərbaycan Beynəlxalq ''Təhsil'' sərgisi
Məkan:

Bakı Ekspo Mərkəzi

Başlanma tarixi: 09 Oktyabr Bitmə tarixi: 11 Oktyabr

9-cu Azərbaycan Beynəlxalq “Təhsil” sərgisi. Azərbaycan Beynəlxalq “Təhsil” sərgisi Azərbaycanda tələbələrin işlə təmin olunması üzrə aparıcı tədbir və təhsil sahəsində Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə təşkil olunan yeganə sərgidir. Təhsil nazirliyinin göstərdiyi dəstək ölkədə təhsil sektorunun inkişafı baxımından bu sərginin daşıdığı əhəmiyyəti vurğulamaqla yanaşı, milli qrup və universitetləri tədbirdə iştiraka sövq edir.

“Təhsil” sərgisi sizinlə xaricdə ali təhsil, tədris proqramları və təlim kurslarına yaxından maraq göstərən tələbələr, eləcə də onların valideynləri arasında birbaşa körpüdür. 9-cu Azərbaycan Beynəlxalq “Təhsil” sərgisi regionda yeganə tədbirdir ki, sizi tədbirdən əvvəl hədəf auditoriya ilə əlaqələndirərək iştirakınızı daha da məhsuldar edən əvvəlcədən görüş təyinetmə xidməti ilə təmin edir.

Sərgidə iştirakın üstünlükləri

  • təhsil müəssisənizin beynəlxalq təhsil sektorunda təşviqi;
  • təhsil proqramlarınızı təqdim etmək və valideynlərin öz uşaqlarına təhsillə bağlı düzgün məsləhət vermələri üçün onları lazımı məlumatlarla təmin etmək;
  • hazırkı və gələcək tələbələrlə birbaşa əlaqə;
  • yeni işgüzar əlaqələr və digər universitetlərlə tələbə mübadiləsi proqramlarının müzakirəsi;
  • Dövlət tərəfindən dəstək.

İştirakçılar sərgi haqqında nə deyirlər?

  • İştirakçılarının 92% onların stendlərinə baş çəkən ziyarətçilərin sayından razıdır.
  • İştirakçilarının 85% ziyarətçilərin səviyyəsindən razıdır.
  • İştirakçılarının 77% yeni işgüzar əlaqələr qurmağa müvəffəq olub.
  • İştirakçilarının 62% sərgi nəticəsində yeni müqavilə imzalamağı planlaşdırır.
  • İştirakçilarının 85% sərgidən gözlənilən nəticəni əldə etdiyini bildirib.
  • İştirakçilarının 92% növbəti il keçiriləcək sərgidə iştirak edəcəyini təsdiqləyib.

Etibarli tərəfdaş…... Azərbaycan

Son bir neçə il ərzində, Azərbaycan ümumi daxili məhsulun artımı və digər göstəricilər baxımından MDB ölkələri arasında ən öndə gedən ölkələrdən biri sayılır. Ötən beş il ərzində, ölkə iqtisadiyyatının səviyyəsi 2.6 dəfə, büdcə xərcləri isə 10 dəfədən çox artmışdır. Dünya Bankının bütün dünya ölkələri üzrə biznes mühitinin qiymətləndirilməsinə dair hazırladığı "Doing Business 2009" adlı hesabatına əsasən, Azərbaycan bütün dünya üzrə 181 ölkə arasında bir nömrəli islahatçı elan edilib.

Azərbaycanda xaricdə təhsili kimlər seçir?

  • Əhalisinin sayı 9 milyondan çox olan Azərbaycan Respublikası Qafqaz regionunda neftlə zəngin olan ən iri ölkə sayılır. Ölkə əhalisinin 1.83 milyonu (20.4 %) 16-28 yaş həddi arasındadır.
  • Azərbaycan vətəndaşları üçün təhsil mühüm əhəmiyyət kəsb edən amillərdən biri sayılır. Azərbaycanda peşəkar təhsilə olan tələbat kifayət qədər yüksəkdir və bir çox ailələr xarici ölkələrin nüfuzlu universitet və məktəblərində təhsil imkanları axtarırlar.
  • Hər il 15 min nəfərdən çox Azərbaycanlı tələbə xarici ölkələrdə təhsil alır.

Azərbaycanda Təhsil Sərgisinin üstünlükləri

  • Qısa müddət ərzində 16-30 yaş hədləri arasında potensial auditoriyanı maksimum şəkildə əhatə etmək imkanı: üç gün ərzində xaricdə təhsil almaq istəyən tələbələr və onların valideynləri, eləcə də təhsil agentləri, müştərilər və s. ilə intensiv danışıqlar və görüşlər;
  • Qafqaz regionunda ən yaxşı, yeni və müasir sərgi kompleksi. Fərdi olaraq quraşdırılmış və istifadə üçün tam hazır olan stendlərin ən geniş diapazonu;
  • Bakı şəhəri və regionlarda yerləşən orta və ali məktəb tələbələrinin kütləvi iştirakının təşkil edilməsində Azərbaycan Respublikası Təhsil Nazirliyinin geniş dəstəyi.

Reklam Kampaniyasi

Sərginin üç iş günü ərzində təşkilatçılar tərəfindən media vasitələrindən istifadə etməklə həyata keçirilən genişmiqyaslı reklam kampaniyası on mindən çox potensial tələbəni birbaşa Sizin stendinizə gətirəcək.

Kampaniyaya bunlar daxildir:

  • Azərbaycanda yerləşən bütün təhsil müəssisələri də daxil olmaqla, peşəkar məlumat bazası əsasında 30.000-35.000 dəvətnamənin birbaşa, aidiyyəti üzrə paylanılması;
  • Sərginin başlanmasına iki həftə qalmış televiziya və radio kanallarında geniş və kütləvi təşviqat kampaniyaları;
  • Xarici reklam: bannerlər, laytbokslar (işıqlı reklam qutuları), metro və avtobus stansiyalarında elanlar və s.;
  • Azərbaycanın ixtisaslaşmış və aparıcı kütləvi informasiya vasitələrində elan və məqalələr;
  • Sərgiyə həsr olunan mətbuat konfransı.

Sektorlar

  • Ali təhsil müəssisələri tərəfindən təklif edilən proqramlar
  • Distansiyon təhsil sistemləri
  • Xaricdə təhsil və tələbə mübadiləsi üzrə proqramlar
  • Aspirantura təhsili
  • Fakültativ maarifləndirilmə və turizm proqramları
  • Dil kursları və yay məktəbləri
  • İdman zalları, laboratoriyalar və tədqiqat otaqları üçün mebel və avadanlıqlar
  • Multimedia sistemləri, video, televiziya avadanlıqları, kompüter sinifləri

İştirakın üstünlükləri

Sərgilər müəssisənin marketinq strategiyasında xüsusi yer tutur. Heç bir kommunikasiya vasitəsi fərdi surətdə bu cür istifadə oluna bilməz və heç bir yerdə insana verilmiş bütün beş hissdən (görmə, eşitmə, dadbilmə, iybilmə, və lamisə) istifadə edərək müştəridə informasiyanın əldə edilməsinə olan ehtiyacı yaratmaq və ya artıq mövcud olan ehtiyacı təmin etmək üçün, müştəri ilə bu cür birbaşa ünsiyyət yaratmaq mümkün deyil.

İxtisaslaşdırılmış sərgi bütöv bir sənaye dünyası üçün görüş meydanıdır. Burada təqdim edilən imkanlar demək olar ki, tükənməzdir. Alıcıya daha yaxın olmaq - müvəffəqiyyətin strateji amillərindən biri sayılır və bu artıq həm beynəlxalq, həm də daxili bazarda ən əsas mövqeyə çevrilir. Sərgidə iştirak etməyin digər bir üstünlüyü isə daimi müştərilər ilə əlaqələrin qorunub saxlanılmasıdır. Sərgi ekspozisiyalarında aparılan araşdırmalar göstərir ki, sərgilərin eksponatları bütün digər vasitələr ilə müqayisədə alış- verişə öz təsirini altı dəfə daha çox göstərir və hər hansı elan ilə müqayisədə bu eksponatlar yaddaşlarda daha çox qalır. Statistikaya əsasən, alış üzrə məsul şəxslərin 57%-i məhsul və xidmətləri sərgilərdə əldə edirlər. Sərgiyə gələnlərin 90%-i isə hər hansı məhsul və ya xidmətin alınmasına qəti qərar vermək üçün sərgilərdə əldə etdikləri məlumatlardan istifadə edirlər.

Sərgidə iştirak etməyin üstünlüyü təkcə hədəf qrupların deyil, eləcə də KİV və dövlət strukturlarının diqqətinin hər hansı müəssisənin məhsullarına cəlb etmək, habelə digər vasitələr ilə müqayisədə daha az məsrəf sayəsində hədəf qrupun çoxlu sayda üzvləri ilə görüşmək və onlarla yüksək keyfiyyətli əlaqələr qurmaqdan ibarətdir.

Sərgilər potensial müştəri və təchizatçı arasında təkbətək ünsiyyət sayəsində satışın birbaşa aparılması kimi daha bir müsbət xüsusiyyətə malikdir. Sərgilərdə biznes qurmaq üçün sərf olunan maddi vəsait ənənəvi birbaşa satış metodu ilə müqayisədə təxminən iki dəfə (45%) azdır. Sərgiyə xərclənən ümumi məsrəfləri sərginin ümumi ziyarətçiləri arasında bölməklə yaranan orta dəyər, reklamın hər hansı digər növləri ilə müqayisədə xeyli aşağıdır.

Ümumilikdə, sərgilər öz iştirakçılarını aşağıda qeyd olunmuş üstünlüklərlə təmin edir:

  • Sərgi və yarmarkalarda özünü reklam etmək vasitəsi ilə hədəf auditoriya ilə əlaqələrin qurulması dəyəri digər reklam yerləşdirmə kanalları ilə müqayisədə kifayət qədər ucuzdur
  • Sərgidə özünə məxsus əlaqələrin yaradılması əhəmiyyətli dərəcədə yüngülləşir: burada həm Siz, həm də sizin potensial müştəriləriniz, habelə rəqibləriniz, belə desək,neytral zonada yerləşir
  • Sərgilər yeni məhsullara olan tələbatı öyrənmək, həmçinin rəqiblərinizin fəaliyyətini tədqiq etmək üçün ideal məkandır
  • Sərgilər yeni xarici bazarlara daxil olmağa, diler şəbəkəsini formalaşdırmağa, effektiv şəkildə yardım göstərə bilər
  • Sərgilər yeni məhsulları iş başında və birbaşa nümayiş etdirməyə imkan verir
  • Sərgilərdə KİV nümayəndələrinin iştirakı, PR materiallarının hazırlanması və bu sahədə işi əhəmiyyətli dərəcədə yüngülləşdirir
  • Sərgidə iştirak etməklə Siz qısa vaxt ərzində bazarın kifayət qədər böyük hissəsini əhatə edə bilərsiniz
  • Sərgilər biznes üçün istehsalçıları, pərakəndə və topdansatış şirkətlərini, təchizatçıları bir-biri ilə birləşdirən və onları yeni əlaqələrin qurulması üçün rəqabətə davamlı məkan ilə təmin edən bir körpü rolunu oynayır
  • Sərginin keçirildiyi müddətdə onun ərazisində və ətrafında qısa zaman ərzində ən yaxşı intellektual və material resurslar bir araya gəlir

Mənbə