6-cı Beynəlxalq Ətraf Mühit Sərgisi

6-cı Beynəlxalq Ətraf Mühit Sərgisi
Məkan:

Bakı Ekspo Mərkəzi

Başlanma tarixi: 08 Noyabr Bitmə tarixi: 20 Noyabr

Sizi, Xəzəryanı və Qafqaz regionlarında mühüm hadisə olaraq, ekologiya və ətraf mühitin mühafizəsi üzrə keçirilən CTE - “Xəzər: ətraf mühit üçün texnologiyalar” beynəlxalq sərgisində stendlə iştirak etməyə dəvət edirik. Azərbaycanda biznesinizin inkişafı üçün ən əlverişli vasitə olan CTE sərgisi bu sahədə fəaliyyət göstərən yerli və xarici şirkətləri öz meydançasında bir araya gətirir. Hazırkı sərgidə iştirak etmək, sizə yeni işgüzar əlaqələrin qurulması, bazarın təhlili, dövlət strukturlarının rəhbər və mütəxəssisləri ilə görüş, həmçinin sərgiyə qədər, sərgi zamanı və sərgidən sonra geniş reklam kampaniyalarından faydalanmaq üçün səmərəli imkan yaradacaq.

Sərginin bölmələri

  • Bərk tullantılar
  • Su və tullantı sular
  • Səsin izolyasiyası, hava və torpaq çirklənməsi
  • Lil
  • Dayanıqlı istehlak sənayesi
  • Qaz tullantıları
  • Yanacaq sənayesi
  • Yaşıl enerji
  • Ümumi avadanlıqlar
  • Şəhər ətraf mühit üçün təmizləyici nəqliyyat vasitələri və qurğuları
  • Emal sənayesi
  • Elm, tədqiqat və inkişaf
  • Ölçmə və nəzarət texnologiyaları
  • Landşaft və dizayn

2014 – cü ilin iştirakçıları arasında:

ABOEMDA, Arcon Overseas LTD, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC, Azərbaycan Kağız və Karton İstehsalat Kombinatı, Azərsu ASC, BP Azərbaycan, ECOCEANE, Ekol Mühəndislik Xidmətləri QSC, Ekonerji Environmental & Energy Systems CO. LTD., GAUS Elektrik Otomasyon TAAH. A.S., GIZ, Təhlükəli Tullantılar MMC, IDEA İctimai Birliyi, Çex Respublikasının Milli Pavilyonu, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), Təmiz Şəhər ASC, Thrace Group və sair.

“CTE” Sərgisində iştirak etməyin 3 əsas səbəbi:

  • Ən qısa müddət ərzində şirkətinizi yerli bazarda tanıtdırmaq, xidmət və məhsullarınızın üstünlüklərini nümayiş etdirmək imkanı
  • Eyni məkanda potensial sifarişçi və tərəfdaşlar ilə işgüzar görüşlər keçirmək fürsəti
  • Dövlət strukturlarının rəhbərləri və sahə üzrə mütəxəssislər ilə görüş imkanı

Rəylər

Erik Vial, “Ecoceane” (Fransa) şirkətinin prezidenti

“ СТЕ sərgisində biz artıq üçüncü dəfədir ki, iştirak edirik. Bundan sonra şirkətimiz Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə sıx əməkdaşlıq edəcək və dünən cənab nazir stendimizi ziyarət etdi.”

İvan Nikl, Çexiya Su Alyansının icraçı direktoru

“ CTE sərgisində Çexiya ilk dəfə olaraq ölkənin milli stendi ilə təmsil olunur. Yeri gəlmişkən, sərgi əsnasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirinin başçılıq etdiyi nümayəndə heyəti stendimizə yaxınlaşdı və onlar bizə nazirlikdə görüş təyin etdilər. Biz bu görüş zamanı çex şirkətlərinin imkanlarını daha dolğun şəkildə təqdim edə biləcəyik.”

Bəxtiyar İsmayılov, “Azərbaycan Kağız və Karton İstehsalı Kombinatı” MMC-nin regional şöbəsinin rəhbəri

“ Sərginin birinci iş günü çox səmərəli oldu. Stendimizi ziyarət edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Naziri fəaliyyətimizdən məmnun olduğunu bildirdi. Sərginin ARDNŞ (SOCAR) və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi kimi iri iştirakçı şirkətlərinin nümayəndələri ilə görüşlər keçirildi və onlarla əməkdaşlıq əlaqələrinin qurulması məsələsi üzrə ümumi razılıq əldə olundu.”

Sərginin sponsoru olun və aşağida qeyd olunan geniş reklam imkanlarindan faydalanin:

  • Sərginin reklam materiallarında şirkətinizin loqotipinin yerləşdirilməsi (broşürlər, sərginin veb-saytı, sərgi proqramı, kağız çantalar, sərginin çap edilmiş və elektron kataloqu)
  • Sərgi personalının uniformalarında, lanyardlarda sponsorun loqotipinin yerləşdirilməsi
  • Sərginin xarici reklam vasitələrində şirkətinizin loqotipinin yerləşdirilməsi (bilbordlar, bannerlər, metrolarda, hava limanında, biznes mərkəzlərində və sair reklam)
  • Sərgi pavilyonunun daxilindəki monitorlarda video-çarxların yerləşdirilməsi
  • Həmçinin, hədəf auditoriyanıza şirkətiniz barədə səmərəli şəkildə məlumat verən bir çox digər imkanlar

Mənbə