Sizi, Xəzəryanı və Qafqaz regionlarında mühüm hadisə olaraq, ekologiya və ətraf mühitin mühafizəsi üzrə keçirilən CTE - “Xəzər: ətraf mühit üçün texnologiyalar” beynəlxalq sərgisində stendlə iştirak etməyə dəvət edirik. Azərbaycanda biznesinizin inkişafı üçün ən əlverişli vasitə olan CTE sərgisi bu sahədə fəaliyyət göstərən yerli və xarici şirkətləri öz meydançasında bir araya gətirir. Hazırkı sərgidə iştirak etmək, sizə yeni işgüzar əlaqələrin qurulması, bazarın təhlili, dövlət strukturlarının rəhbər və mütəxəssisləri ilə görüş, həmçinin sərgiyə qədər, sərgi zamanı və sərgidən sonra geniş reklam kampaniyalarından faydalanmaq üçün səmərəli imkan yaradacaq.
Sərginin bölmələri
2014 – cü ilin iştirakçıları arasında:
ABOEMDA, Arcon Overseas LTD, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC, Azərbaycan Kağız və Karton İstehsalat Kombinatı, Azərsu ASC, BP Azərbaycan, ECOCEANE, Ekol Mühəndislik Xidmətləri QSC, Ekonerji Environmental & Energy Systems CO. LTD., GAUS Elektrik Otomasyon TAAH. A.S., GIZ, Təhlükəli Tullantılar MMC, IDEA İctimai Birliyi, Çex Respublikasının Milli Pavilyonu, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), Təmiz Şəhər ASC, Thrace Group və sair.
“CTE” Sərgisində iştirak etməyin 3 əsas səbəbi:
Rəylər
Erik Vial, “Ecoceane” (Fransa) şirkətinin prezidenti
“ СТЕ sərgisində biz artıq üçüncü dəfədir ki, iştirak edirik. Bundan sonra şirkətimiz Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə sıx əməkdaşlıq edəcək və dünən cənab nazir stendimizi ziyarət etdi.”
İvan Nikl, Çexiya Su Alyansının icraçı direktoru
“ CTE sərgisində Çexiya ilk dəfə olaraq ölkənin milli stendi ilə təmsil olunur. Yeri gəlmişkən, sərgi əsnasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirinin başçılıq etdiyi nümayəndə heyəti stendimizə yaxınlaşdı və onlar bizə nazirlikdə görüş təyin etdilər. Biz bu görüş zamanı çex şirkətlərinin imkanlarını daha dolğun şəkildə təqdim edə biləcəyik.”
Bəxtiyar İsmayılov, “Azərbaycan Kağız və Karton İstehsalı Kombinatı” MMC-nin regional şöbəsinin rəhbəri
“ Sərginin birinci iş günü çox səmərəli oldu. Stendimizi ziyarət edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Naziri fəaliyyətimizdən məmnun olduğunu bildirdi. Sərginin ARDNŞ (SOCAR) və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi kimi iri iştirakçı şirkətlərinin nümayəndələri ilə görüşlər keçirildi və onlarla əməkdaşlıq əlaqələrinin qurulması məsələsi üzrə ümumi razılıq əldə olundu.”
Sərginin sponsoru olun və aşağida qeyd olunan geniş reklam imkanlarindan faydalanin: