5-ci Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat Sərgisi

5-ci Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat Sərgisi
Məkan:

Bakı Ekspo Mərkəzi

Başlanma tarixi: 12 May Bitmə tarixi: 14 May

Sizi, regionun ən böyük ixtisaslaşdırılmış tədbiri olan “Road and Traffic” 2015 -5-ci Yubiley Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat sərgisində iştirak etməyə dəvət edirik.

Sərgi yol-tikinti, ictimai nəqliyyat, yol hərəkətinin təhlükəsizliyi və informasiya texnologiyaları sektorlarında fəaliyyət göstərən 100-dən çox yerli və xarici şirkəti öz meydançasında bir araya gətirir. Bu sərgi sahə mütəxəssislərinə avtomobil yollarının, habelə körpü və tunellərin layihələndirilməsi, tikintisi və təmiri üzrə texnoloji və texniki həll variantlarını təqdim etməklə yanaşı, yol infrastrukturu və ictimai nəqliyyat sektorlarında həyata keçirilən ən yeni dövlət proqramları və tenderlərlə tanış olmaq, eləcə də Bakı Metropoliteni, “Azəryolservis” ASC, Azərbaycan Dövlət Avtomobil Nəqliyyatı Xidməti və Nəqliyyatı intellektual idarə edilməsi mərkəzi kimi yerli nəqliyyat qurumlarının rəhbərləri ilə görüşmək üçün unikal imkanlar yaradır.

“Road and Traffic” sərgisi “TransCaspian” 2015 - Nəqliyyat, Tranzit və Loqistika sərgisi ilə birlikdə keçirilir.

www.roadtraffic.iteca.az