Yolayrıcılarında buraxılan 3 səhv və ya tıxacın əsas səbəbləri

Yolayrıcılarında buraxılan 3 səhv və ya tıxacın əsas səbəbləri
907

Son vaxtlar müşahidələrim əsasında Bakıdakı tıxacların əsas yaranma səbəblərini tapmışam. Təqdim edəcəyim bu səhvləri bilərəkdən və ya bilməyərəkdən çox insanın təkrarlaması paytaxtda nəqliyyat sistemində ciddi problemlər yaradır. Maraqlısı budur ki, bütün bu problemlər məhs yolayrıcılarında baş verir. Ümumilikdə piayda və sürücü olaraq yolayırıcılarında hərəkət qaydalarını bilmirik qənaitinə gələmək olar.

Sizə tıxaclara səbəb olan yolayrıcılarında baş verən 3 əsas problemi göstərib, diqqətli olmanızı istəyirəm. “Rayon maşınları”nın tıxacla heç bir əlaqəsi yoxdur, ən pis halda hərəkət sıxlığına təsir edə bilər.

1. Keçə bilmirsən keçmə!

Biz yolayrıcılarını keçmə qaydalarını unutmuşuq! Əgər yolayrıcını keçə biləcəyinə əmin deyilsənsə həmin yolayırıcıya daxil olmalı deyilsən. Əks halda yolayrıcının ortasında gözləməli olub, digər nəqliyyat vasitələrinin yolunu kəsəcəksən. Bu problemi Tural Yusifli videosunda yaxşıca göstərib.

Maddə 75. II. Əgər yolayrıcında və ya hərəkət hissələrinin kəsişməsində tıxac yaranıbsa və bu sürücünü dayanmağa məcbur edərək digər nəqliyyat vasitələrinin hərəkəti üçün maneə yaradacaqsa, sürücünün belə yolayrıcına və ya kəsişmə yerlərinə girməsi qadağandır.

2. Yaşıldır. Birinci kim keçsin?

Çox sürücülərin etdiyi bir səhv. Nizamlanan yolayrıcında svetoforun yaşıl işığı qarışı qarışıya gələn hər iki nəqliyyat vasitəsi üçün yanıbsa, adətən sürücülər svetoforun yanındakı əlavə nişanlara görə hərəkət edirlər. Amma bu çox yanlışdır.

Dəfələrnən belə yolayrıcılarında qarşı tərəf sürücülərlə ilə mübahisələr yaranıb. Əsasəndə Bakıxanov küçəsi ilə Ceyhunbəy Hacıbəyli küçələrinin kəsişməsində bu baş verir. Əvvəllər israr edirdim, cəhd edirdim ki, qarşı tərəf qaydanı pozmasın. Amma gördüm xeyri olmur, daha mane olmuram, imkan yaradıram ki, 20 metr qabağda duran DYP əməkdaşı qaydanı pozan sürücünü cərmələsin. Nizamlanan yolayrıcılarında əlavə nişanlar qüvvədən düşür. Hərəkət üsttünlüyü dönərkən sağdan gələn nəqliyyat vasitəsində olur. Əgər svetofor işləməzsə, o zaman həmin yolayrıcı nizamlanmayan hesab edilərək nişanların tələbinə uyğun hərəkə etdirilir.

3. Piyadalar, yol hərəkət qaydaları sizə də aiddir!

Sürücülərə piyada keçidlərində piyadaya yol vermədiklərinə nəzarət artıqdan sonra (öz növbəsində bu yaxşı haldır) sanki piyadalar hardan gəldi, necə gəldi, svetofora nəzər yetirmədən keçməyə başlayıblar. Xüsusən də yolayrıcılarında svetoforun işıqlarına baxmadan keçən piyadalar tıxacların olma səbəblərindən biridir.

İki çıxış yolumuz var. Ya bütün yolayrıcılarda körpü və tunel tikməliyik ya da “yolayrıcılarının keçilməsi” qaydalarını yaxşıca öyrənməliyik.

Müəllif: Vaqif Abbasov

Mənbə: http://vaqif.net