Qәbul imtahanında yüksәk bal toplaya bilmәyәn abituriyentlәrin kәsilmәmәk üçün müәllimlik peşəsini seçmәsi kimi absurd bir yanaşma indi dә tәlimçiliklә bağlı yaşanmaqdadır. İşi olmayan vә ya işi olub әlavә mәşğuliyyәt tapmaq istәyәn tәlim keçir.Tәәssüf ki, hazırda ölkәdә “tәlimçi” bolluğu yaşanmaqdadır.
Bu yaxşıdırmı? Xeyr! Çünki adını tәlimçi qoyan әksәr insanlar bügün sadәcә dinlәyicinin vaxtını almaqla mәşğuldur. Google’da axtarış verib, karyera, şəxsi inkişaf, marketinq, pr mövzularında tanınmışların rus, türk və ya ingilis dilində yazılmış fikirləri olan şəkilləri götürüb təqdimata əlavə edirlər, ordan-burdan da bəzək vururlar, buyur, oldu təlim. O seminarların, təlimlərin elanının başlığına da “Möhtәşәm”, “analoqu olmayan”, “әjdaha” tәlim/seminar yazılması əksər insanların, xüsusən də tələbələrin, gənc dostlarımızın diqqətini cəlb edir təbii ki.
O elanı görüb gedirlər təlimə. Nəticə nə olur?
- Vaxt itkisi. Bəzən həmin o “professional təlimçi” sözünü o qədər uzadır, mövzunu o qədər sağa-sola fırladır ki, ən səbrli adamın belə, səbri tükənir.
- Təlimə/təlimçiyə inamın sarsılması. Mәn çox görmüşәm tәlim adı gәlәndә ağız büzüb, “әşşi çıxıb boş-boş danışırlar da” deyәn insanları. Deməyə də haqqları var. Çünki onlar yuxarıda sadaladığım xüsusuyyәtdә olan insanların tәlimindә iştirak etdiklərindәn bu cür qənaətə gəliblər ki, təlimçi – pul yığmaq üçün avam insanları bir yerə toplayıb boş-boş danışan insandır.
Səmərəsiz təlimin xüsusiyyətləri:
- Təlim adətən pulsuz olur. Təlimçilik sahəsində tanınmış insanların pulsuz təlimləri istisnadır. Amma əksər hallarda “ucuz ətin şorbası olmaz” fikri burada yerinə düşür. Ona görə də təlimə müraciət etməzdən öncə mütləq təlimçilərin kim olmasını araşdırın.
- Təlimçi dəlilsiz, çox vaxt uydurma iddialar səsləndirir. “Getdim Azercell’in ofisinə, qapıya təpiyi vurub girdim şöbə müdirinin otağına…”; “Biznes ideyamı danışdım alman investorlara, ideyanı səsləndirməyimə görə 50 min pul verib, yola saldılar…”. Bu cür iddialar səsləndirən “təlimçilər”in məqsədi qarşısında əyləşən tələbələrin, gənclərin diqqətini çəkmək, onların gözündə böyüməkdir. Belələri bir çox hallarda da buna nail olurlar təəssüf ki.
- Milyonçu olmayan insan necə milyonçu olmaq haqda, 5 il ərzində marketinq menecerliyindən yuxarı qalxa bilməyən insan “uğurlu marketoloqun 5 sirri” haqda, hər cümlədə “aaa”, “ııı” eliyən insan necə səlis danışmaq haqda təlim keçir.
- Özünü professional göstərmək üçün “kəşflər edir”.
- – Uğur qazanmağın 3S prinsipi: Sürət, Səbr, Soğan.
- + Soğanın nə dəxli var?
- – Mən də bilmirəm, amma ard-arda qəşəng səslənir.
- “Şəxsi inkişafın 4T prinsipi”, “motivasiyanın PPP formulu” və s. Bunları güləsiniz deyə demirəm, bəli gülməlidir amma özüm şəxsən bu cür “kəşflərin” şahidi olmuşam.
- Təqdimatında Google’dan tapdığı, xarici dillərdə fikirlər yazılmış hazır şəkillərdən istifadə edir. Məncə bu cür təqdimat hazırlayan təlimçi ilk öncə özünə, sonra da qarşısındakı insanlara hörmət etmir.
Səmərəsiz təlim və təlimçi barədə fikirlərimi müəyyən qədər ifadə etdim. Amma bununla sizləri təlimdən soyutmaq məqsədim yoxdur :) Əksinə sizlərə, xüsusən gənc dostlara çatdırmaq istəyirəm ki, faydalı təlimlər tapıb, orda iştirak edəsiniz və sonda həqiqətən də fayda əldə edəsiniz. Səmərəli təlimçilər yoxdurmu? Var. Özü də kifayət qədər.
Mәn Fәxri Ağayevin, İlkin Manafovun, Xaqani Sәfәrovun, Tural Nәbizadәnin tәlimlәrindә iştirak etmәkdәn yorulmaram. Bilirsiz niyә? Çünki,
- Fәxri Ağayevin sәlis natiqliyi, zәngin iş tәcrübәsi, geniş dünyagörüşü onun təlimlərini bənzərsiz edir, dinlədikcə dinləmək istəyirsən;
- İlkin Manafov çıxış edәndә sanki tәlim keçmir, sәninlә söhbәt edir. Çıxışı elә maraqlı olur ki, saatlarla onu dinlәmәk mümkündür;
- Xaqani Sәfәrov elә maraqlı, fәrqli fikirlәr, arqumentlər sәslәndirir ki, Google’da onu axtarsan tapa bilmәyәcәksәn, çünki dediklәri öz fikirlәri, öz tәhlillәridir. Bu da həmin insanı fərqləndirir, onu brendə çevirir, onun çıxışını özəl edir.
- Tural Nәbizadәni dinlәyәrkәn necә dәqiq, әsaslı, tutarlı faktlarla çıxış etdiyini, bu insanın elmi və məntiqi təhlil qabiliyyətinin hansı sәviyyәdә olduğunu açıq-aşkar görә bilirsәn. Tural bəyi cəmi bir dəfə, II Marketinq Forumunda (may, 2014) dinləmişəm, amma o çıxışı mənə çox ləzzət eləmişdi. Adamın hər sözünün elmi yükü var idi, hər dəqiqə nəsə yeni bir şey eşidirdik.
Bu insanların iştirakı ilә 15 günlük tәlim olsa, 15 günün hamısında əvvəldən sonadək iştirak etmək zövq verər. Çünki bu təlimlər səmərəli olacaq. Təkcə bu 4 təlimçidirmi səmərəli təlim keçən? Xeyr əlbəttə ki. Yazını yazarkən ilk ağlıma gələn bu 4 şəxs oldu deyə yazdım, ölkədə onlarla bu cür elmli, dünyagörüşlü, sözün həqiqi mənasında professional təlimçilər var. Əsas olan, yalançı, pafoslu reklama, elana aldanmayıb, keyfiyyətli insanların təlimlərində iştirak etməkdir.
Bu mövzu məni uzun müddətdir narahat edir. bununla bağlı belə bir ideya ağlıma gəlib. Tәklif edirәm ki, tәlimçilәrin sertifikasiyası keçirilsin. Bununla bağlı komanda yaradılsın, sertifikat almaq istәyәn şәxslәri test edib, sertifikat versinlәr. Tәlimdә iştirak edәcәk adam da görәndә ki, tәlimçinin AAA sertifikatı var, başa düşәcәk ki, o professional tәlimçidir vә o tәlimdә nәsә öyrәnәcәk.Məndə olan məlumata görə, dostlardan bir neçəsinin də eyni təklifi var. Ona görә xahiş edirәm ki, bununla bağlı kimin tәklifi, istәyi, fәaliyyәtә keçmәk arzusu varsa, bildirsin vә bunu hәyata keçirәk, bu boşluğu dolduraq.
Müəllif: Orxan Rzayev