Xalq rəssamı Ömər Eldarov məşəldar oldu

Oyunların məşəlini Azərbaycanın məşhur heykəltəraşı və xalq rəssamı Ömər Eldarov qəbul edib. Görkəmli incəsənət xadimi jurnalistlərə açıqlamasında həyatında ilk dəfə olaraq, məşəli daşıdığını qeyd edib: "Mənim yaşım kifayət qədər çoxdur, 87 yaşım var. Həyatımda ilk dəfədir məşəl qəbul edirəm. Bu, mənim tərcüməyi-halım üçün çox əhəmiyyətlidir". Azərbaycanlı heykəltaraş I Avropa Oyunlarının Bakıda keçirilməsinin ölkəmiz üçün olduqca böyük tarixi hadisə olduğunu deyib.

 

Mənbə: http://www.buro247.az