Bloqların məşhurluğu sürətlə artmaqdadır. Hər gün yeni internet istifadəçiləri “Şəxsi bloqumu pulsuz necə yarada bilərəm?” sualını verir. Bu sualın cavabı olaraq, mən Sizə WordPress.com platformasını tövsiyyə edirəm.
Wordress.com WordPress-in pulsuz ixtisaslaşdırılmış hostinqdir. Burada siz öz bloq, sayt-vizitka və ya biznes saytınızı çox rahat açıb idarə edə bilərsiniz. Saytınızın təhlükəsizliyi, yenilənməni və stabilliyini WordPress öz üzərinə götürür. Sizə sadəcə bloqunuzun dizaynını tərtib edib maraqlı kontenti yaratmaq qalır.Indi mən Sizə addım-addım WordPress-də pulsuz saytın necə yaradılmasını göstərəcəm.
Addım №1. Vebsayt yarat
Bunun üçün Siz wordpress.com-a daxil olmalısınız. İnterfeysin Azərbaycan dilində olması üçün qabağında az. yazın. Və “Vebsayt Yarat” düyməsində tıklayın.
Addım №2. Domeni seç
“Vebsaytı Yarat” düyməsini tıklayandan sonra domen seçmə paneli açılır. Burada siz həm yeni domen yarada, həm də mövcud domeni bloqunuza birləşdirə bilərsiniz.
Yeni bir domeni adı əlavə edirik. İstədiyiniz boş adı seçə bilərsiniz. Və WordPress Sizə pulsuz və ya pullu domeni almağı təklif edir.
Addım №3. Planı seç
Domeni seçəndən sonra plan seçmə paneli açılır. Bu səhifədə siz Pulsuz, Premium və Biznes planından birini seçə bilərsiniz (Qeyd: istədiyiniz vaxt onları dəyişmək olar). Pulsuz planı sizə ən sadə, lakin normal iş üçün kifayət qədər imkanlar verir. “Pulsuz Plan Seç” düyməsini tıklayın.
Addım №4. Hesab yarat
Planı seçəndən sonra son “Hesab yarat” paneli açılır. Burada Siz öz emailı, istifadəçi adı və parolunuzu qeyd edib hesab yaratmalısınız.
Hesabınızı yaradandan sonra emailınızı təsdiqləmək lazımdır
Emailınızı təsdiq edəndən sonra, Siz artıq bloqunuzda ilk postunuzu yazıb paylaşa bilərsiniz.
Növbəti təlimatlarda mən Sizə bloq və ya saytınızda mövzu seçimi (theme, template), yazı yazmağı və WordPress-in digər maraqlı imkanlarıın göstərəcəyəm.
İşlərinizdə uğurlar!
P.S. SORĞU: bu tip təlimatların video versiyalarının olması daha yaxşı olardımı?
Müəllif: Samir Kərimov
Mənbə: http://samirkarimov.com/