Ətrafa baxsaq, iş axtaran gənclərin elə böyük əksəriyyəti təcrübə olmadığından işə qəbul olunmadığını deyir. Bu məsələdə qurumların təcrübəsiz insanlara göstərdiyi ögey münasibəti unutmaq olmaz. Son zamanlar bu tendensiya müəyyən qədər azalsa da, ümumən, problem həllini tapırmı? Deməzdim..
Şəxsən qarşılaşdığım məsələni qeyd etmək istərdim. Zaman-zaman müxtəlif işlər üzrə ya tanışlarımın harasa müraciəti olsun, ya da bizə (IB Club-Gənclərin İnkişaf Mərkəzi) olan təkliflər olsun, mövcud mənzərədə acı bir həqiqət gördüm. Təcrübə qazanma yaşını keçdiyini düşünən gənclərdə bir ümidsizlik görürük.
Ötən günlərdə mərkəzimizə bir vakansiya üzrə CV-ləri qəbul edirdik, bu dəfə tələbəyə deyil, tam gün işləmə bacarıqlı gəncə ehtiyacımız vardı. Vakansiyaya 12 gün ərzində 417 CV qəbul olundu. Təəssüflə ilk onu qeyd edim ki, təxminən 70-80% insan təcrübəsiz, universiteti son 2 ildə bitirmiş gənclər idi. Təcrübəsizlik meyarına fikir vermədən 114 gənci müsahibəyə çağırdıq. Gələn insanlara təcrübə sualı veriləndə çoxu bu faktı ya əsəblə vurğulayır, ya da ümidsizliyi ilə seçilirdi. Əsəbi insan da sanki gözü ilə adamı yeyir ki, “nədi? keçən il universiteti bitirmişəm, məndən təcrübə gözləyirsiz?”.. ya da bir qisim insan ümidsizliyini açıq aydın bildirir. Hətta bu qrup insanlar o qədər hara gəldi CV göndərir ki, gəlir və soruşur ki, “ hansı vakansiya üzrə məni çağırmısız?”.. ya da təcrübə ilə bağlı sual verəndə təcrübəsizliyi ilə barışıb təslim olur.
Yaxşı, bəs necə eliyək? Bu təcrübəsiz insanlar gedib təzədən ali məktəbə daxil olub tələbəmi olmalıdır? Bu insanları day-dayları ilə baş-başa buraxıb öz meyarlarımıza qaçmalıyıqmı? Qətiyyən.. Əslində, təcrübəsiz gənci kollektivə cəlb etmək bizim üçün bir üstünlükdür. Necə? Və niyə?
Yuxarıdakı səbəblərdən bizə illərini, enerjisini və öyrənmə gücünü verməyə hazır gəncləri aramızda yer olmalıdır.
Yazılanlar sadəcə iş müddətində qarşıma çıxan səhvlər əsasında Sizə təqdim olundu. Ən əsası, bir işə müraciət edirsizsə, işi araşdırın, öz gücünüzü dəyərləndirib güclüləri vurğulayın, zəiflərinizi imkanlara çevirin və işləməkdən qorxmayın. :)
P.s. Bu blogu oxuyan əziz gənc, təcrübə qazanmaq probleminiz varsa, bunun yollarını və daha faydalı işlər axtarırsınızsa, bir az səbr edib növbəti blog yazımı gözləyə bilərsiniz. :)
Müəllif: Kəmaləddin Nəzərli