Uğurlu satıcıların 25 qızıl qaydası
Düşünürəmki satış sektoru dünyanın ən həyəcanlı işlərindən biridir. Əgər işləmək üçün düzgün şirkəti seçmisinizsə və satış şöbəsindəsinizsə, bu sizə böyük ölçüdə pullar qazandıra bilər və çox zamanda şirkətə bağlı olmayaraq zamanınızı keçirəcəksiniz. Analizlər,doğru müştəri seçimi, müştərilərlə görüşlər, məhsulların təqdim olunması və satış əmakdaşlıqlarının imzalanması sizin işinizin böyük hissəsini təşkil edəcək.
İndi isə yarım milyondan çox satıcıya təlim vermiş Stephan Schiffmanın "Uğurlu Satıcıların 25 Qızıl Qaydası" kitabından 25 qaydanı sizinlə bölüşürəm.
- Sizinlə işləmənin nə qədər məntiqli və lazımlı olduğunu qarşı tərəfə hiss etdirin.
- Düzgün sualları verməyə çalışın ki, bu suallar sizi mövzunun içərisindən yeni mövzu çıxardaraq təqdim edəcəyiniz məhsuldan söz açmağa yönləndirsinlər.
- Söhbətləşərkən söhbəti öz əlinizə keçirməyə çalışınki, mövzunu və qarşınızdakını rahat yönləndirə biləsiniz.
- Müştərini bir növ tilsimləyin, mövzunun ən doğru yerində satışınızı və əməkdaşlığınızı greçəkləşdirin.
- Hədəf kütlənizi təsbit edin, davamlı olar onlar üzərində işləməyə çalışın.
- Əziyyət çəkmədən qazandığınız müştərilərlə münasibəti başladığınız yerdən davam etməyin. Geriyə bir addım atın və 0-dan münasibət qurursunuz kimi əlaqələr yaradın.
- Məhsulunuzun fəaliyyətlərini şaxələndirərək müştəriyə təqdim edin. Bu sizə daha çox müştəri gətirəcəkdir.
- Bir məsləhətçi kimi davranın və məhsulunuzu təqdim edərkən, satıcı yox məsləhətci olmağa çalışın. (Onsuzda məsləhətçisiniz)
- Birinci görüşdə, müştəri ilə digər görüşündə vaxtını qabaqcadan tənzimləyin.
- Görüşdən dərhal sonra, yada görüş zamanı əsas məsələləri mütləq öz kitabçanıza qeyd edin.
- Hər yeni müştəri üçün yeni qeydlər, yeni analizlər və yeni bir plan hazırlayın.
- Referanslar istəyin. Digər köməklik edə biləcəyiniz insanlarında adlarını ən yaxşı yollarla qarşınızdakından almağa çalışın.
- Hər zaman şövqlü və istəkli görünün.
- Özünüzə güvəndiyinizi çoxda gözə batmayacaq şəkildə qarşınızdakına hiss etdirin.
- Doğrunu deyin. Sonra xatırlamaya bilərsiniz. Buda sizə bir müştərini itirməyə səbəb olar.
- İşinizdən başqa sizi daima gümrah hiss etdirəcək fəaliyyətlərlə məşğul olun.
- İşə hər kəsdən tez başlayın.
- Müştərilərinizin və sizin sahənizlə bağlı yenilikləri daima izləyin.
- Görüşdən bir neçə gün sonra müştərinizlə əlaqə saxlayıb, bir neçə gün əvvəl sizinlə görüşüdüyü üçün ona təşəkkür edin. Mövzunu başqa yerdən başlayıb sonda təşəkkürlədə bitirə bilərsiniz.
- İş qruplarına və sizin sahənizə marağı olan insanlara seminarlar verin. Sektorunuzda konfranslarda çıxış edə biləcək güc toparlayın.
- Sektorunuzdakı iş yoldaşlarınızı müxtəlif iş fürsətlərindən xəbərdar edin. Bu lazım gəldikdə onlarında sizə bəzi işləri yönləndirməyinə imkan yaradacaq.
- Çətin görsənən satışların məsuliyyətini öz üzərinizə götürün.
- İşlədiyiniz şirkətin necə bir şirkət olduğu mövzusunda düzgün olun. Yəni şişirtmək uğurlu olmayacaq.
- Kim üçün işlədiyinizi və nə satdığınızı hər kəsə deyin. Bu sizin işinizdə nəcə xoşbəxt və işinizi necə sevdiyinizin nümunəsidir.
- Zarafat anlayışınızı itirməyin.
Müəllif: Cavid Abasov
Mənbə: http://cavidabasov.blogspot.com