Uğurlu iş adamının psixologiyası

Uğurlu iş adamının psixologiyası
3148

Hər bir yenicə sahibkarlıq fəaliyyətinə başlayana şəxsi bir sual düşündürür: “Necə uğurlu və varlı biznesmen olum?”. Şəxsi biznes quran hər kəs gələcəyə ümid dolu planlarla başlayır, amma heç də hər şey göründüyü kimi asan olmur. Çox az sayda şirkətlər olur ki, fəaliyyətə başlayanda çox kiçik olur və sonda nəhəng şirkətə çevrilir. Amma çox şirkətlər eşitmişik ki, müəyyən səhvlərə görə tez bir zamanda müflis olmuşlar.

Çox vaxt buna səbəb gənc sahibkarların ya kifayət qədər təcrübəsinin olmamasını, ya da başlanğıc üçün düzgün strategiya seçməməsi göstərilir. Bugün bir çox işləri üçüncü tərəfin köməkliyi ilə çox asanlıqla həll etmək olar, məsələn, əgər iş adamının maliyyə vəziyyəti ürəkaçandırsa dövlət qeydiyyatından bir şirkət keçirib yaxşı, təcrübəli topmenecere verib şirkət qurmaq olar. Lakin onu idarə etmək üçün özünüzdə də müəyyən keyfiyyətləri, həyati davranışları formalaşdırmalısınız. Əslində bu elə də çətin bir iş deyil, sadəcə bir neçə qaydaya riayət etmək bəs edər.

1. İlk növbədə planlaşdırmağı və vaxta qənaət etməyi öyrənin. Bu xüsusiyyəti elə ilk gündən özünüzdə inkişaf etdirin. Məsələn, özünüzə biznes yaratdığınız andan iş planı tərtib edin. Tutaq ki, yaxın 3 ay ərzində edəcəyiniz işlər addım-addım planlanmalı və bundan hansı nəticəni gözlədiyinizi müəyyən etməlisiniz. Bununla siz işinizin efektivliyini analiz edə və nəticəsini təhlil edə bilərsiniz.

2. Həyat tərzinizi dəyişin. Yaddan çıxarmayın ki, bütün bizneslər başlanğıc üçün maliyyə tələb edir. Daha doğrusu başlanğıcda siz qazanmayacaqsınız, xərcləyəcəksiniz. Əgər siz yaxşı pul qazanan kimi nəsə tez bahalı, lakin sizə elə də çox vacib olmayan bir şey almaq istəyəcəksinizsə, bu məsləhətli deyil, ta ki gəlirləriniz stabil səviyyəyə çatana kimi.

3. Özünə əminlik və özünü reklam çox vacib məsələdir. Reklam sizin məhsulunuzu digərlərinə çatdıra biləcək ən gözəl yoldur. Unutmayın ki, sizin məhsulu və ya xidmətinizi sizdən yaxşı heç kim tərifləyə bilməz. Bunu siz daha asan və yadda qalan söz seçməklə tez tez etməlisiniz.

4. Hərəkətə keçin - bu sizin uğurunuzun əsas komponentidir. Əgər siz artıq biznes-plan tərtib etmisinizsə, riskləri və biznesinizin perspektivlərini düzgün qiymətləndirmisinizsə dayanmayın hərəkətə keçin. Əgər bunu həyata keçirmək üçün lazımi vaxt gözləyirsinizsə siz gecikə bilər və ümumiyyətlə planlarınızı reallaşdıra bilmərsiniz. Unutmayın ki, uğurlu insanlar lazımi vaxtı gözləmirlər onu özləri yaradırlar.

Yeni Biznesinizdə sizə uğurlar!