Twitterdə işinizi asanlaşdıracaq 9 alət

Əgər sizdə öz biznesiniz üçün tvitter istifadə edirsinizsə bu alətlər sizə kfayət qədər işinizi asanlaşdırmağa və biznesinizdə yeni rahatlıq mərhələsinə keçməyə yardımçı olacaq. 

  • Bufferapp – Əgər eyni anda bir neçə yerdə paylaşım etmək və bunları öncədən ayarlayaraq müəyyən vaxtlarda avtomatik paylaşımları təmin etmək istəsəniz sizə ən yaxşı kömək olacaq alətdir.
  • Twuffer – Asan interfeys ilə sırf tvitter üçün öncədən müəyyən planlı formatda tvit atmaq istəsəniz sizin işinizi asanlaşdıracaq.
  • Futuretweets – Tvitlərinizin planlaması üçün sizə yardımçı olacaq
  • Tweriod – Tvitləriniz planlayaraq paylaşan zaman sizə ən ideal saatı və zamanı bildirmə xüsusiyyətinə də malikdir
  • Hootsuite – Bu məşhur alət tvitterlə birgə Facebook, Linkedin və s. statistikaların sizə təqdim etmə qabiliyyətinə malikdir. Bununla birgə eyni anda bir neçə sosial şəbəkələrdə paylaşım və ya paylaşım zamanlaması üçün yardım edəcək.
  • CoTweet – Bu alət də sizə eyni zamanda marketing cloud versiyasından istifadə edərək tək tvitter deyil ümumi olaraq biznesinizin analizlərini və post paylaşımını təmin edə bilərsiniz. Sizə online marketinqdə kifayət qədər yardımçı ola biləcək bir alətdir.
  • Tweepi – Hesabınızın kimlər tərəfindən izlənilib-izlənilmədiyi ilə bağlı, siz izləməyənləri rahatlıqla görə biləcəyiniz bir alətdir
  • Themeleon/twitter – Tvitter profilinizin dizaynını dəyişə biləcəyiniz; özünüzə vəya biznesinizə uyğunlaşdıra bilməyiniz üçün rahatlıqla istifadə edə biləcəyiniz alətdir.
  • Free twitter designer – Tvitter profilinizin dizaynı üçün rahatlıqla istifadə edəcəyiniz pulsuz alət

Müəllif: İsmayılov Azər

Mənbə: https://azaroos.wordpress.com