Bildiyiniz kimi sosial şəbəkələr artıq həyatımızın ən önəmli alətinə çevrildiyindən şirkətlər özlər portfolyalarını burda da təqdim edə bilir və müştəri auditoriyasına rahat-rahat çıxa bilirlər. Bir neçə aktivlikdən sonra sizin şirkətin/fərdi hesabın aktivliyini ölçmək daima irəliyə və inkişafa aparan nüanslardan biridir.
İndi sizə Tvitterdə profil aktivliyinizi necə analiz edə biləcəyiniz haqda xırda nüansları çatdıracam. İlk öncə artıq Tvitterin yeni funksiyası olan “Twitter activity”ni məsləhət görürəm. Burdan siz idarə etdiyiniz profilin hər postu üçün olan analizləri görə bilərsiniz. (sağdakı fotoda işarətlənmiş hissəyə diqqət edin)
Bu analizlərdə sizə ayrıca olaraq postda bunları analiz edə bilərsiz:
İkinci bir üsul olaraq da www.ads.twitter.com–dam istifadə edərək aylıq tvitter analizini apara bilərsiniz. Yandakı fotolardan bunu rahatlıqla görə bilərsiniz. Burdan da siz asanlıqla 1 ay ərzində profilinizdə atdığınız tvit sayını, baxılma sayını, profilinizə ziyarət sayını, menşn olunma sayını və s. görə bilərsiniz və qeyd götürdüyünüz aylarla qarşılaşdırıb analizini apara bilərsiniz.
Bundan əlavə olaraq da bir neçə analiz saytlarını da istifadə edə bilərsiniz. Analiz etmək sizi daima irəliyə aparacaq addımdır. Bu zaman boşluqları görə və onları bərpa edib daha güclü ola bilərsiniz. Bunu unutmayın.
Müəllif: Azər İsmayilov