Bir tərəfdən deyirlər dünyada böhran var, lakin 2014 il avtomobil sektoru üçün kifayət qədər uğurlu alınıb – illik satışlarına görə yeni rekorda imza atılıb. İstehsalçılar ümumi olaraq 86,5 mln avtomobil realizasiya edə biliblər. Bu satışların əksəriyyəti isə Toyotanın müxtəlif markalarına aiddir. Ümumi olaraq yapon şirkəti 8,3 mln avtomobil realizasiya edə bilib. Bu isə 2013 ilin nəticələrinə nisbətən 1,2% çoxdur.
Toyota markalarının həmdə ki, ümumi bütün avtomobil markalarının arasında ən çox satılan model Toyota Corolla-dır. Onun realizasiyası artıq 9 il ard-arda dayanmadan artır. Focus2move verdiyi məlumata əsasən yanvar-mart aylarında bu model dünyada 312,8 min dəfə satılıb və belə templərlə 1,35 maşın ilə yeni dünya rekordunu qıra bilər. Bugün müxtəlif modifikasiyalı Toyota Corolla dünyada 15 zavodda istehsal olunur. 2002 ildən bəri hər il 1 mln-dan çox Toyota Corolla dünyanın müxtəlif nöqtələrində öz alıcılarını tapır. Ümumi olaraq 1966 ildən başlayaraq bu modelin avtomobilləri 40 mln-dan çox reazlizasiya edilib. Yeri gəlmişkən, bu nəticə Qinnes rekordlar Kitabında bir model üçün maksimal satış göstəricisi kimi qeydə alınıb. Sadəcə təsəvvür edin: Toyota şirkətinin 78 illik tarixi ərzində satılan hər beşinci avtomobil Toyota Corolla-dır!
Toyota Corolla C klassına aiddir. Və nədənsə Azərbaycanda bu sinfində digər avtomobillərə daha çox üstünlük verirlər: Hyundai Elantra, KİA Cerato, Skoda Octavia, Chevrolet Cruize və digərləri. Bunun bir neçə səbəbi ola bilər. Əsas, meyar kimi qiyməti götürmək olar. Lakin, avtomobillərin sadə konfiqurasiyaları götürsək, Corolla-nı heç də digər modellərindən çox bahalı olmadığını görəcəyik. Endirimli qiymətlə isə Corolla ən ucuz maşın olur.
Bəs bunun səbəbi nədir? Həqiqətən, mənə də çox maraqlıdır. Şərhlərdə bunula bağlı mütləq öz fikirlərinizi bildirin
Bəs dünya ilə müqayisədə Azərbaycanda satılan Toyota Corolla qiymətləri hansı səviyyədədir. Aşağıda qiymət cədvəli ilə tanış ola bilərsiniz*
*Qeydlər:
TOYOTA COROLLA
Ölkə | Active | Elegance | Elegance+ | Lounge |
Azərbaycan | 16 029 $ | 19 273 $ | 20 704 $ | 23 662 $ |
Gürcüstan | 13 263 $ | 16 684 $ | 16 895 $ | 19 852 $ |
Ermənistan | 16 493 $ | 20 001 $ | 21 545 $ | 24 912 $ |
Rusiya | 11 442 $ | 14 004 $ | 14 562 $ | 15 617 $ |
Türkiyə | 19 223 $ | 24 856 $ | 26 060 $ | 28 484 $ |
Belarus | 11 749 $ | 13 808 $ | 14 381 $ | 15 438 $ |
Qazaxstan | 14 700 $ | 19 000 $ | 21 400 $ | 23 400 $ |
Almaniya | 20 981 $ | 23 788 $ | 24 124 $ | 26 650 $ |
ABŞ | 16 950 $ | 18 565 $ | 18 965 $ | 19 195 $ |
Cədvəldə göründüyü kimi, Rusiya və Belarusda olan qiymətlərdən başqa ölkəmizdə digər ölkələr ilə nisbətən qiymətlər eyni səviyyədədir. Bəs nəyə görə digər ölkələrdə alıcılar Toyota Corolla-nı daha çox xoşlayırlar. Bunu da şərhlərdə yazmağı unutmayın.
İşlərinizdə uğurlar
P.S. Postun əsas şəkli üçün Brandup Digital Agency-yə təşəkkürlər!
P.S.S. Avtomobil satışın qurusu olan Karl Syuellın “Клиенты на всю жизнь” (“Ömürlük müştəri”) oxumağı tövsiyyə edirəm
P.S.S.S. Digər marketinq araşdırmalarımı oxuyun
Müəllif: Samir Kərimov
Mənbə: http://samirkarimov.com