“2007-2015-ci illərdə Azərbacan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na müraciət üçün sizə təhsil aldığınız yerdən və ya iş yerindən 2 ədəd tövsiyə məktubu tələb olunur. Bu məktublar həm Azərbaycan, həm də ingilis dilində ola bilər. Məktubları sizi tanıyan şəxsin yazması məsləhətlidir.
Tövsiyə məktubunda mütləq verən şəxsin imzası və müvafiq qurumun möhürü tələb olunur. Universitetdən məktub alırsınızsa, onda birinci məktuba pedaqoq, daha sonra isə fakültənin dekanı imza atır. Daha sonra isə ümumi şöbəyə yaxınlaşıb orada möhür vurdura bilərsiniz.
Məsləhətlidir ki, Ümumi şöbənin iş rejimi ilə daha əvvəlcədən tanış olasınız ki, vaxta qənaət edə biləsiniz. Sənəd möhürləndikdən sonra siz Dövlət Proqramına (DP-yə) müraciət etmək üçün tövsiyə məktubunu skan etməlisiniz. www.xaricdetehsil.edu.gov.az saytına daxil olaraq “Elektron ərizə” yerinə keçməklə sənədi yükləyin.
Hamıya uğurlar!
P.S. Tövsiyə məktubunun nümunəsini bura əlavə edirəm
Müəllif: Tural Turan