Təhsili atan ən varlı məşhurlar

Təhsili atan ən varlı məşhurlar
3052

Yaxşı gəlir əldə etmək üçün hal-hazırda universitet oxumaq çox da vacib deyil. Bəzi insanlar var ki, universitetə daxil olsalar da, təhsillərini yarımçıq qoymuş və buna baxmayaraq, çox məşhur simalardan biri olmuşdur. Bu məşhurluq isə öz növbəsində onlara çoxlu pul qazandırmışdı. Buna səbəb isə onların xüsusi istedada malik olmalarıdır.

Biz sizə universiteti tərk etmələrinə rəğmən ən çox sərvətə malik olan məşhurları təqdim edirik:

79.3 Milyard Dollar

Bill Gates, dünyada texnologiya sektorunda ən çox tanınan iş adamlarından biridir. Microsoftun qurucusu, davamlı olaraq hər il tərtib edilən “dünyanın ən zəngin insanları” siyahısında yer tutur. Hal-hazırda təxminən 79.3 milyard dollar dəyərində sərvətə malikdir. Harvard Universitetinin tələbəsi olan Bill Gates dostu Paul Allen ilə birlikdə özünün kompüter proqram təminatı şirkəti olan Microsoftu yaratmaq üçün universisteti tərk etmişdir.

34.8 Milyard Dollar

Facebook sosial şəbəkəsinin yaradıcılarından biri olan Mark Zuckerberg, psixologiya və kompüter elmi ixtisasında təhsil almaq üçün Harvard Universitetinə qəbul olanda dostları ilə birlikdə saytı yaratmışdı. Mark Facebook sosial şəbəkəsi üzərində işinə davam etmək üçün ikinci il universiteti buraxdı. Mark yalnız 23 yaşında saytın müvəffəqiyyəti sayəsində tanınmış bir milyarder oldu. Zuckerberg, hal-hazırda Facebook sosial şəbəkəsinin başçısı və CEO'sudur. Təxminən 34.8 milyard dollar bir təxmini sərvətə malikdir.

10.2 Milyard Dollar

Microsoft hər zaman Apple ilə birbaşa mübarizə aparıb. Steve Jobs yoldaşı Steve Wozniak ilə 1976-ci ildə Apple şirkətini qurmuşdur. Jobs daha yaradıcı fikirlərə sahib ola bilmək üçün yalnız 6 aylığına Portland Reed Kollecdə təhsil almağı qərara aldı, amma sonunda kolleci vaxtından əvvəl tərk etdi. Jobs 2011-ci ildə xərçəng xəstəliyindən həyatını itirdi. Onun təxmini 10.2 milyard dollar dəyərində sərvəti var idi.

3 Milyard Dollar

Oprah Winfrey, 8 sentyabr 1986 tarixindən yayımlanan “Oprah Winfrey Show” verilişi ilə çox tanınır. Xarakterinin gücü ilə birlikdə, Oprah dünyada məşhur super ulduzların bəziləri ilə böyük görüşlərə imza atıb. Oprahın ən unudulmaz görüşlərindən biri 35 milyon adam tərəfindən izlənilən Michael Jacksonla olan programı idi. Qurduğu “Oprah Magazine”nı hər kəs tərəfində qısa zaman ərzində sevildi. Ayrıca Oprah, böyük televiziya müqavilələri və yayımları ilə öz sərvətini əldə etdi.

Oprah təqaüd alaraq Tennessee State Universitetinə daxil oldu. O, onsuzda yayım həyatında olduqca müvəffəqiyyətli idi və öz istehsal şirkətini qurmaq üçün universiteti vaxtından əvvəl tərk etmişdi. Qaradərili olan Oprah, eyni zamanda dünyada az sayda olan qaradərili milyarderlərdən biridir.

700 Milyon Dollar

James Cameron, bütün zamanların ən çox gəlir gətirən iki filmin - Avatar və Titanikin prodüserliyini etmişdir. Cameron universitetdə fizika və ingilis dili təhsili almasına baxmayaraq, bir il sonra universitetdəki təhsilini dayandırdı. James Cameron kino həyatında bir çox məşhur filmə imza atıb. Məsələn: Titanik, Terminator, Aliens ve Avatar.

600 Milyon Dollar

Tiger Woods, karyerası boyunca hər zaman bir nömrəli qolf oyunçusu olaraq xatırlanmışdır. Tiger, Stanford Universitetinə daxil olmuş, lakin universiteti qısa müddət sonra tərk etdi. Dünyanın ən çox qazanan idmançılarından biri olan Tiger, 14 böyük qolf turnirini qazandı və hal-hazırda onun sərvəti 600 milyon dollardır.

350 Milyon Dollar

2 dəfə “Oscar” mükafatı almış aktyor, rejissor və yazıçı Tom Hanks çox böyük nüfuzuna malikdir. Tom, həmçinin bir milyoner və kino tarixinin ən çox gəlir əldə edən aktyorlarından biridir. Hanks, böyük bir film ulduzu olmamışdan əvvəl Kaliforniya Əyalət Universitetində oxuduğu teatr təhsilini davam etdirməyib. Hanksin hal-hazırda 350 milyon dollar sərvəti var.

325 Milyon Dollar

Russell Simmons hip hop musiqisinə başlamamışdan əvvəl Harlemdə yerləşən New York City kollecini sona qədər davam edtirmədi. Simmons, 1983-ci ildə “Def Jam Recordings” adlı musiqi qrupunun qurucusu və yoldaşı Rick Rubin ilə birlikdə işləməyə başladı və qısa müddət sonra şöhrətləndilər. Simmons eyni zamanda hip hop musiqi ilə məşğul olanlar və sevənlər üçün “Phat Farm” adlı moda markası yaradıb. 325 milyon dollar sərvəti olan Simmons hip hop musiqisinin ən zəngin adlarından biridir.

285 Milyon Dollar

“Talk show” verilişi ilə yadda qalan Ellen DeGeneres ilk olaraq komediyaçı olaraq işə başladı. Ellenin lezbiyan olduğu bilinəndə daha da məşhurlaşdı. TV-də ilk dəfə lezbiyan aparıcı olaraq tarixə keçdi. Məşhurluq qazanmış Ellen o zamandan bəri LGBT hüquqlarının güclü müdafiəçisi olmuşdur.

Ellen, New Orleans Universitetində oxumağına baxmayaraq, karyerasına başlamadan əvvəl universitetdə təhsilini dayandırdı. Ellen stand-up etməyə başladıqdan sonra 285 milyon dollar dəyərində sərvət əldə edib.

220 Milyon Dollar

Lady Gaga, New York Universitetinə qəbul olmasına baxmayaraq, bütün diqqətini musiqi karyerasına başlamaq üçün sərf edtiyinə görə universiteti 2-ci kursda təhsilini müvəqqəti olaraq dayandırdı. Atası musiqi karyerasında müvəffəqiyyətsiz olacağı təqdirdə, universitetə yenidən geri dönəcəyi şərtiylə bunu qəbul etdi.

2008-ci ildən etibarən Gaga, rekord bir razılaşma ilə Los Angelesə köçdükdən sonra, ilk albomu olan “The Fame” işıq üzü gördü. Bu albomla Lady Gaga artıq tanınmış super star oldu. Lady Gaganın 220 milyon dollarlıq sərvəti var.

Mənbə: http://paratic.com