Bu dəfə isə mən iki müştəri daşıma xidməti şirkəti müqayisə edəcəm: Taksi MS (189) və Uber. Axıra kimi oxuyun, axırda BONUS :)
Niyə məhz 189 və Uber? Bakıda hal-hazırda aşağıdaki taksi xidməti şirkətləri fəaliyyət göstərir:
S.A. Company əsasən korporativ seqmentdə işləyir. aTaksi və Taksi Tap yalnız mobil tətbiqləri ilə işləyirlər və çox da populyar deyillər. London taksiləri tamam başqa formatlı və dövlət tərəfindən dəstəklənən bir şirkətdir. DOST Taxi və Taxi24 hal-hazırda 189-un ən böyük potensial rəqiblərdir. Düzgün strategiya ilə ağıllı addımlar atsalar hətta onu qabaqlaya da bilərlər. Lakin 189-a nisbətən onların bazar payları hələ də böyük deyil. Qaldılar Bakının ən böyük taksi xidməti – 189 və dünyanın ən populyar fərdi daşıma xidməti – Uber. Məhz bugünki döyüş bu 2 şirkət arasında baş tutacaq.
Battle-ın qaydaları
Uber
Qısa məlumat
Uber şirkəti 2009 ildə San-Fransisko şəhərində yaradılıb. Şirkətin yaradıcıları Garrett Camp və Travis Kalanick-dir. Onlar eyni adlı mobil tətbiqini yaradaraq demək olar yeni bir xidmət növünü ortaya qoydular: artıq yalnız mobil tətbiq vasitəsi ilə taksi və ya fərdi sürücüləri axtarmaq, sifariş vermək və ödəniş etmək imkanı yarandı. Hal-hazırda Uber dünyanın 57 ölkəsində fəaliyyət göstərir və şirkətin kapitallaşmasi 40 mlrd.$ keçib.
Azərbaycan
Bu il aprelin 22si Uber artıq Azərbaycanda da fəaliyyətə başladı. İlk olaraq yalnız premium-class maşınları ilə UberBlack xidməti müştərilərə təqdim olundu. Uber nağdsız ödənişləri ilə işlədiyinə görə Azərbaycanda nağdsız ödənişləri ilə assosiasiya olunan Fərid İsmayılzadə ilə PR çox uğurlu alınıb və şirkət yerli bazarda tez bir zamanda populyar olub. Daha sonra isə iyunun əvvələrində UberX (low-cost) də fəaliyyətə başladı.
Taksi MS
Qısa məlumat
Rusiya şirkəti “Motor-Servis” 2003 ildə yarandı. Hal-hazırda 4 şəhərdə: Bakı, Moskva, Ufa və Kazan şəhərlərində fəaliyyət göstərir. Ümumi olaraq Taksi MS-in xəttində 5000-dən çox sürücü var.
Azərbaycan
“Motor Servis” şirkəti Azərbaycanən bazarına 2009 ildə “Taksi sifarişi xidməti 189″ adı ilə daxil olub. Bir müddət alternativsiz bazar lideri idi. 3 qiymət tarifi var: Ekonom, Komfort, Biznes
Dizayn baxımından Uber daha müasir olsa da sırf müştəri üçün faydalı məlumat baxımından 189-a nisbətən o qədər böyük ustünlüyü yoxdur. 189-un saytında çox rahat bir şəkildə tariflərə baxmaq və şəhərin məşhur yerlərinin adreslərini öyrənmək olar. Lakin, təklif olunan online sifariş ya çox ləng ya da heç işləmir. Ona görə saytın üstünlüklərini azaldır. Uber saytının ən böyük üstünlüyü isə “Sürücü” və “İstifadəçi” şəxsi kabinetlərin olmasıdır.
1 xal – Uber
189-un mobil tətbiqi demək olar ki, işləmir. Ən azından mən nə qədər çalışsam da sifariş etmək mümkün olmadı. Uber-in tətbiqi isə şübhəsiz mükəmməl dərəcədə hazırlanıb. Dünyanın ən populyar fərdi daşıma şirkətində başqa cür ola bilərdimi?! Bu mobil tətbiq vasitəsi ilə siz rahat bir şəkildə avtomobillərin harada olduqlarını, hansı tərəfə getdiklərini və sizə neçə dəqiqəyə çatacağını görə bilirsiniz. Avtomobil sifarişindən başqa şəxsi kabinetə giriş, kartların və promo-kodların daxil edilməsi mümkündür.
1 xal – Uber
189-un Çağrı Mərkəzi xidməti mən deyərdim ki, Azərbaycanda ən azından ilk üçlükdədir. Ola bilsin hətta birinci yerdədir: 24/7 rejimi ilə işləyir və cəmi bir neçə saniyə sonra zəng edən müştəriyə cavab verilir; gediş haqqı çox tez bir zamanda hesablanır; operatorlar çox mədəni formada danışırlar. Sifarişdən sonra dərhal SMS bildiriş gəlir. SMS-də məbləğ, avtomobilin markası, rəngi və nömrəsi qeyd olunur. Hərdən problem və gecikmələr olsa da, adətən sürücülər təyin olunmuş vaxta gəlirlər.
Uber-də sifariş mobil tətbiq üzərində edilir. İstədiyiniz marşrutu və hansı klass ilə (UberBlack və ya UberX) gedəcəyinizi seçərək tətbiq avtomatik məbləğı hesablayır və sürücü haqqında məlumatları göndərir. Sifarişdən dərhal sonra sürücü sizinlə əlaqə saxlayaraq sifarişi təsdiqləyir. İkisində də sifariş çox rahat və dəqiq olduğuna görə hər iki şirkətə xal verilir + 189-un Çağrı Mərkəzinə görə onlara əlavə 1 xal bonus.
1 xal – Uber, 2 xal – 189
189-un əsas strategiyasl ucuz qiymət olduğuna görə, keyfiyyətə o qədər önəm verilmir. Sürücülərin çoxusu yolları yaxşı tanımır, yol boyu siqarət çəkə və ya telefonla danışa bilərlər. Bu da müştərilərin narazılığna gətirib çıxardır. Uber-də isə avtomobillərin və sürücülərin keyfiyyətinə (əsasən də UberBlack-də) xüsusi diqqət yetirilir. Üstəlik salonda siqaret çəkməyə icazə verilməməsi və pulsuz Wi-Fi olması şirkətə əlavə üstünlüklər qazandırır. Bircə Powerbank çatmır :)
1 xal – Uber
189 nağd və nağdsız (şirkətlər üçün) ödəniş formaları mövcuddur, Uber-də isə yalnız nağdsız. Burada üstünlüklər barədə danışmaq çətindir çünki kimin üçünsə nağd kimin üçün isə kartla ödəniş daha rahatdır. Lakin, Azərbaycan reallıqlarına baxsaq, nağd ödənişlərinin daha çox olmasına görə, Uber-də isə ödənişdən sonra həm mobil tətbiqə, həm e-mail ünvana bildirişlərin gəlməsinə görə yenə hər iki şirkətə xallar verilir
1 xal – Uber, 1 xal – 189
Uber
189
*Qiymət yolda sərf olunan vaxta görə dəyişilə bilər
*Pik saatlarda (16:30-20:00) qiymət qalxır
Qiymət baxımından 189 daha sərfəlidir. Lakin, məsələn UberBlack və 189 Biznes eyni kateqoriyada olsa belə, UberBlack avtomobil markaları, keyfiyyət, xidmət baxımıdan 189-u üstələyir. Keyfiyyətə görə Uber-ə 1 xalı artıq verildiyindən, sırf qiymətə görə 1 xal – 189.
Uber-in marketinq aktivliyi çox xoşuma gəlir. Bəlkə bazarda yeni olduqlarına görə belədir. Ümid edək ki, bu templə onlar davam edəcəklər. Uber-də daimi yeni aksiyalar keçirilir:
189-un çox vaxtı birbaşa rəqib olmadığından bu sahədə çox passiv idi. Ancaq indi şirkət oyanaraq hansısa bir kampaniyaları fikirləşməyə çalışır:
Uber maraqlı qısamüddətli aksiyalarda çox aktivdir, 189 isə uzunmüddətli. Ümumiyyətlə, pulsuz getmək istəyənlər Uber-in, daha ucuz getmək istəyənlər isə 189-un kampaniyalarından istifadə edə bilərlər.
1 xal – Uber, 1 xal – 189
Uber – 6 xal : 189 – 5 xal
Bu çətin və maraqlı döyüşün qalıbı Uber şirkətidir! Təbrik edirik!
Və nəhayət sizə söz verdiyim BONUS :)
Ənənəvi taksilərdə TOP5 ifadə:
Son zamanlar ölkəmizdə sifariş ilə işləyən taksi şirkətlərinin sayı çoxalıb. Və bu tip ifadələr ola bilsin yaxın gələcəkdə dövriyyədən çıxacaq. Ona görə də, hələ ki nə qədər vaxtımız var onlardan həzz alaq :)
İşlərinizdə uğurlar!
Müəllif: Samir Karimov
Mənbə: http://samirkarimov.com