Dünən “Marketinq Azərbaycan” qrupunda və sosyal mediyada “Starbucks”ın Azərbaycan bazarına girməsiylə bağlı xəbərlər yayıldı və artıq üzərindən qısa müddət keçməsinə baxmayaraq bir neçə marketer mövzu haqqında bloq da yazıb paylaşdı. Bu postda “Starbucks”ın Azərbaycanda niyə öz “təyinatına” uyğun istifadə olunmayacağı haqqında fikirlərimi bölüşəcəm.Söhbəti uzatmadan keçək mövzuya. Şirkətin tarixi, uğurları, targeti, statistik göstəriciləri və digər maraqlı faktları haqqında Ramil Cabbarov bu gün öz bloqunda paylaşıb.
Qəhvə sevər olmadığım üçün dillərə dastan kofenin dadına bir dəfə də olsa baxmaq istəyirdim. Fikriləşirdim bəlkə dadında qəhvəni mənə sevdirəcək nəsə olacaq. Starbucks-la ilk tanışlığım İstanbulda 3 il qabaq olmuşdu. Vaxtım az olduğundan sadəcə qəhvəmi götürüb məkanı tərk eləmişdim. Əsl Starbucks ruhuyla tanış olmaq imkanım olmamışdı. Sonradan bir neçə xarici ölkədə də internetə çıxış əldə etmək üçün 3-4 dəfə xidmətlərindən istifadə etmişdim.
Digər tərəfdən də bir maraq var idi içimdə ki, axı nədir Startbucks-ı bu qədər məşhur edən və fikrimcə hər bir marketer olmaq istəyən şəxsin mütləq baş çəkməli olduğu məkanların başında gəlir İkea, MediaMarkt və s. ilə birlikdə. Starbucksın digər ölkələrdə targeti əsasən iş görüşmələri və ya nəyisə müzakirə etmək üçün yığışan bəyaz yaxalıqlılar və ya dərslərini edən tələbələrdir. Bir neçə saat sadəcə 1-2 qəhvə götürərək sakit işinizi görə bilərsiniz, heç kim sizi narahat etməyəcək. Məhz bu səbəbdən də Starbuck məkanları adətən insanların çox olduğu mərkəzi küçələrdə, alış-veriş mərkəzlərində, universitetlərə yaxın ərazilərdə hətta universitet kampuslarında yerləşir.
Bəs Azərbaycanda mənim fikrimcə vəziyyət necə (və niyə fərqli) olacaq?!
Yekun olaraq düşünürəm ki, Bakıdakı Starbucks digər ölkələrdə olan “istifadə təyinatından” fərqli formada istifadə olunacaq. Xarici ölkələrdə səyahətdə olarkən və ya təhsil alarkən Starbucksın xidmətlərindən istifadə edənlər o nostalgiyanı burda əldə edə bilməyəcək. Ən sonunda vətənə, millətə və “qlamur kəsimə” xeyirli olsun J
Müəllif: Babək Musa-zadə