Son 5 ilin ən populyar mobil əlavələri

“iPhone” və “iPad” qurğularında ən populyar mobil oyun “Candy Crush Saga”, ən gəlirli oyun “Clash of Clans”, ən gəlirli mobil əlavə “Pandora Radio” olub.

Qazeta.ru-ya istinadən xəbərinə görə, bu barədə “App Annie” statistik şirkətinin hesabatında deyilir. “Angry Birds” oyunlar arasında populyarlığına görə üçüncü yeri tutub, gəlirinə görə hətta ilk onluğa daxil ola bilməyib. “Facebook”, “Messenger”, “Instagram”, “WhatsApp” və digər sosial şəbəkə və messencerlərin əlavələri quraşdırılma sayına görə ilk onluğu formalaşdırır, lakin onların əksəriyyəti dünyada gəlirinə görə ilk onluğa daxil deyil. Bu göstərici üzrə “Pandora Radio” ilə birlikdə üçlükdə Cənubi Koreyanın əsas gəlirini Yaponiyada əldə edən “LINE” messenceri və "Zoosk” tanışlıq servisi əlavəsi yer alıb.

Mənbə: http://ikt.lent.az