Smartfonların təhlükəsizliyi üçün məsləhətlər

Smartfonların təhlükəsizliyi üçün məsləhətlər
1225

Kilidə qoyun
Smartfonların təhlükəsizliyinin təmin olunma yollarından biri onun şifrə ilə qorunmasıdır. Hər zaman mürəkkəb şifrələrdən istifadə etməyiniz tövsiyə olunur. Şifrələr ad, doğum tarixi və ya sosial şəbəkə hesablarının şifrələrindən fərqli olması tövsiyə olunur.

Əməliyyat sistemini yeniləyin
Smartfon istehsalçıları müntəzəm olaraq əməliyyat sistemindəki təhlükəsizlik boşluqlarını aradan qaldırmaq üçün yeni funksiya və yenilənmələr yayınlayırlar. Mobil əməliyyat sistemini yeniləmək sizə informasiyanızı qorumaqla yanaşı, əməliyyat sisteminin son funksiyalarından istifadə imkanı da verir.

İctimai şəbəkə vasitəsilə həssas məlumatlarınızı istifadədən çəkinin
Yadda saxlayın ki, smartfonunuzun əlaqələndiyi ictimai şəbəkə təhlükəsiz olmaya bilər. Odur ki, onlayn alış-veriş edərkən və ya bank əməliyyatlarını həyata keçirirərkən bank hesab məlumatlarınızın təhlükəsiz şəkildə istifadəsindən əmin olun.

Proqramları etibarlı mənbədən yükləyin
Smartfonlarda onlarla proqramdan istifadə olunur. Belə ki, pulsuz və izlənməyən kanallarda minlərlə tətbiqetmələr mövcuddur. Smartfonunuza App store və ya Google Play store-dan hər hansı bir proqram endirərkən aşağıda qeyd olunmuş istifadəçi rəylərini və proqramın giriş icazələrini diqqət etmyi unutmayın.

Proqramları yükləyərkən tələb olunan informasiyaya nəzər yetirin
Proqramları yükləyərkən bəzən şəxsi məlumatlarınınz daxil edilməsi tələb oluna bilər. Proqram təminatının sizdən tələb etdiyi məlumatlarla ehtiyatlı olmaq lazımdır. Məsələn, oyunların yüklənməsində SMS-ə və ya dostlarınızın əlaqə nömrələrinə ehtiyacı yoxdur. Belə ki, proqram təminatı barədə şübhəniz varsa, onu yükləməyin.

Wi-Fi və Bluetooth- u söndürün
İstifadə etmədiyiniz müddətdə smartfonunuzda WiFi and Bluetooth –u söndürün. Kibercinayətkarlar və bədniyyətlilər bu kanallardan istifadə edərək, smartfonunuza və şəxsi informasiyanıza nüfuz edə bilərlər.

Məlumatlarınızı şifrələyin
Şifrələmə mesajların və ya informasiyanın kodlaşdırma prosesinə deyilir ki, bu yalnız həmin mesaj və informasiyaya təsdiq olunmuş tərəflərin daxil olmasına imkan verir. Şifrələnmiş məlumat qarışdırılmış olur və deşifrə etmək üçün deşifrə açarı olmayan şəxs onu oxuya bilmir. Əgər siz kompüterinizdəki informasiyanı şifrələmisinizsə, o oğurlandığı və ya itdiyi halda məlumatlarınız ələ keçirilməsi riski olmur. Belə ki, komputer qurğularında olduğu kimi bir çox smartfonların da şifrələnmə proqramları vardır ki, onunla siz smartfonunuzdakı məlumatları – şəkil və yaxud mesajları şifrələyə bilərsiniz.

Məlumatlarınızın ehtiyat nüsxəsini yaradın
Müntəzəm olaraq məlumatların nüsxlənməsi smartfonunuzdakı kontaktların, mesajların, şəkillərin və tətbiqetmələrinin təsadüf nəticəsində silinməsi, smartfonun itməsi və ya ziyanvericiyə yoluxması hallarında sizin məlumatlarınızın itməsinin qarşısını alır.

Mənbə: http://www.cert.az