Smartfonlar və xərçəng riski

İsraildəki Veyzman Elm İnstitutu müəyyən mobil telefonların bizi yüksək səviyədə elektromaqnit radiasiyasına məruz qoyduğunu göstərən araşdırma təqdim edib.

Radiasiya əsasən enerjinin həm dalğalar, həm də hissəciklər formasında bir yerdən başqa yerə hərəkət etməsidir. 2 növ radiasiya var: ionlaşdırıcı və qeyri-ionlaşdırıcı. İonlaşdırıcı radiasiya radioaktiv mənbələrdən və nüvə reaksiyalarından əmələ gəlir, mutasiyalar və bədxassəli xərçəng xəstəliklərinə səbəb olan tipdəndir. Qeyri-ionlaşdırıcı radiasiya isə mobil telefonların buraxdığı radiasiyadır və ionlaşdırıcı radiasiyaya nisbətdə daha az enerjiyə malikdir, hansı ki, bu xassəsi onu daha az ziyanlı edir. Lakin bu onun ziyanlarını istisna etmir, o, istənilən halda ziyanlıdır. Qeyri-ionlaşdırıcı radiasiya bədənə daxil ola və həssas toxumaları zədələyə bilər.

Veyzman araşdırması müəyyən edib ki, müəyyən mobil telefonları hətta 15 dəqiqə istifadə etmək kifayət edir ki, bu xərçəng hüceyrələrinin parçalanmasına səbəb olan hecüyrəvi beyin dəyişikliklərini başlatsın.

Milli Sağlamlıq İnstitutu Milli Toksikologiya Proqramının sədr müavini Dr. Con Buşer: “Bu vaxtdan etibarən 10-12 ilə gəlinən nəticəyə əsasən və mobil telefondan istifadənin kəskin artması ilə və istifadədən asılı olaraq beyin xərçənginin artması narahatlığı var”.

O əlavə edib ki, ilkin inkişaf dövründəki uşaqlar daha böyük risk altındadır, çünki onların kəllə sümükləri radiasiyanın daha dərinə keçməsinə imkan verir. Mobil telefon radiasiyasının təsirini azaltmaq üçün “Environmental Working Group” 5 məsləhətini təklif edib:

  • Qulaqlıq istifadə edin
  • Mikrofon funksiyasından istifadə edin
  • Çox yazın, az danışın
  • Az radiasiyalı telefonlar alın
  • Siqnal zəif olanda telefondan kənar durum. Zəif siqnal baza stansiyası ilə əlaqə qurmaq üçün daha çox ionlaşma anlamına gəlir

“EWG” həmçinin ən az radiasiya şüalandıran 5 mobil telefon siyahısını da açıqlayıb. Nəticələr telefonun maksimum SAR səviyyəsini göstərir. SAR – Specific Absoption Rate – Xüsusi Udma Norması mənsına gəlir, mobil telefondan istifadə zamanı bədənin toxumalarının radiasiya enerjisini udmasını ölçür. Maksimum SAR ölçüsü 1.6 kq/vat-dır.

Brand and Type                              SAR level

  • Samsung Galaxy Note II N7100   0.17
  • Samsung Galaxy Note N7000      0.26
  • SonyEricsson Xperia Play             0.36
  • Samsung Galaxy Beam                 0.28
  • Samsung Galaxy 551                    0.38

Bu məlumatları I Heart Intelligence saytından tərcümə etmişəm. yəqin ki mobil telefonların bu şüalandırıcı zərərlərindən çox adam xəbərdardır. Bu xəbər qeyd olunan saytda 21 iyul 2015 tarixində yazılıb. Amma mən ehtimal edirəm ki, köhnə xəbərdir. Yuxarıdakı siyahıda telefon modellərinə görə də buna inana bilərik. Həmin yazıda ən çox radiasiya yayan 5 telefon modeli ilə bağlı video da var. həmin video isə youtube`a 2014-cü ildə yüklənib. Bundan əlavə Veyzman Elm İnstitutunun saytında bir az axtarış elədim, mobil telefon radiasiyası ilə bağlı yeganə məlumat 2007-ci ilin sentyabrına aid müsahibə idi. Məşhur saytların əksəriyyətinin feysbukda geniş kütlə tərəfindən izlənilən səhifəsi olduğu təqdirdə, bu I Heart Intelligence-in heç belə səhifəsi də yoxdur, ya da mən tapa bilmədim. Fikirləşə bilərdik ki, yuxarıdakı cədvəldə 5 telefondan 4-ü “Samsung”dur deyə bəlkə də sifarişli yazıdır, amma modellər köhnədir deyə ağla batmır. Modellər köhnədirsə, deməli, məlumat yaxşı araşdırılmayıb. Yaxud da yuxarıda “EWG”-nın 5 məsləhətindən biri “az danış, çox yaz”dır. Bunu da mesencer funskiyası təklif edən proqramlar üçün təşviq xarakterli bir şey kimi fikirləşə bilərik. Amma konkret ad çəkilməyib.

Bütün bunları qeyd eləyəndən sonra demək istəyirəm ki, hər nə qədər məlumatda natamamlıq və s varsa da, bu yazılanlar mobil telefonların, xüsusilə smartfonların ziyanlarını istisna eləmir. Telefonda çox danışmaq beyninizə, telefonla çox yazışmaq gözlərinizə, qulaqlıqlardan çox istifadə qulaqlarınıza çox ziyandır. Hamı bacardığı qədər bu alətlərdən gündəlik istifadəsini azaltmalıdır. Ən başda elə özüm

Müəllif: Tural Babayev

Mənbə: https://turalfot.wordpress.com