Şirkətlər üçün sizin PR-ınız

Şirkətlər üçün sizin PR-ınız
860

Əgər siz uzun müddət işsizsinizsə oturub gözləməyin bir mənası yoxdur. Ümumiyyətlə işsizlik deyilən bir söz mənim üçün yoxdur. Bunun əvəzində isə səy göstərməmək, vaxtdan düzgün istifadə etməmək və biraz da lorulaşdırsaq tənbəllik sözləri var. Əgər siz hər hansısa bir şirkətdə çalışmaq istəytirsinizsə və ətrafınızda şirkətlərdə çalışan bir çoxlu insanlar, dostlar vardırsa, siz niyədə o insanlarla düzgün münasibət qurmamalısnız ki. Axı o şirkətin nümayəndəsi elə həmin şirkətin özü deməkdir. Siz o şəxsə özünüzü necə göstərsəniz demək olar ki, özünüzü o şirkətə göstərmiş olacaqsınız. Burada biraz stratejik fikirləşməkdə yarar var.

Tutaq ki, siz HR mütəxəssi olmaq istəyirsiniz və bunun üçün bütün günü səy göstərib araştırısınız, oxuyursunuz, öyrənirsiniz və özünüzə güc qatırsınız. Siz heç bilirsiniz ki bunları etmək kifayət deyil? Təkcə bizim ölkə üçün keçərli deyil bu qayda. Bütün dünyada bu belədir. Bunlardan əlavə olaraq vaxtdan düzgün istifadə etmək və kimlərlə oturub durduğunuza diqqət etməlisiniz. Siz əgər yarı gününüzü araştırmaqla, oxumaqla keçirirsinizsə və qalan vaxtınızda bütün günü bekar fırlanan dostlarınızla olursunuzsa əlbəttə siz öz istəyinizə uyğun iş tapa bilməyəcəksiniz. Bunun əvəzində nə etməlisiniz? Araşdırmaq, oxumaq, öyrənmək çox gözəldir və bunları insanlarla paylaşmaq ondan da gözəldir. Ancaq işsizsinizsə və bir işin qulpundan yapışmamısınızsa bu etdiklərinizə heç kim ciddi yanaşmayacaq.

1. Biraz israrcı olmalısınız. İşləyən dostlarınızdan sizə vaxt ayırmalarını istəməlisiniz. Özüdə bunu maksimum dərəcədə çox və xoşagələn etməlisiniz. Əks halda insanlar sizdən yorulacaq.
2. Bildikləriniz, oxuduqlarınızı o insanlara göstərməlisiniz. Onlarla fikir paylaşmalı və onlardan fikir almalısınız. Əmin ola bilərsiniz ki onlar sizdən təsirləndikləri təqdirdə sizin haqqınızda öz şirkətlərindəki hər bir insan ilə danışacaqlar. Bu o deməkdir ki siz yavaş-yavaş o şirkətin içərisinə daxil olmağa başlayırsınız.
3. Davamlılığı qorumaq və seçim etmək artıq sizdən aslıdır. Düşünün, bunu davamlı şəkildə edirsiniz və daima işgüzar dostlarınızla görüşüb məlumatlar paylaşırsınız. Əlbəttə bu iş görməyi sevən dostlarınıza xoş gələcək. Artıq növbəti dəfələrdə siz onları deyil, onlar sizi görüşə dəvət edəcəklər və bəlkə də sizinlə iş qurmaq fikirləri belə olacaq. Digər bir vəziyyətdə öz şirkətlərində çalışmaq istəyib istəmədiyinizi soruşacaqlar. Artıq onların şirkətlərində hər kəs sizi yaxşı tanıyır. Sizinlə işləmək üçün səbirsizliklə gözləyirlər.

Dostlarınız və ətrafınızdakılar sizin üçün uğurdur dostlar. Bunları yaxşı dəyərləndirin əks halda utanmaq və dostlardan uzaqlaşmaq sizə sadecə işsiz olmağınıza yardımçı olacaqdır.

Müəllif: Cavid Abasov

Mənbə: http://cavidabasov.blogspot.com/