Şirkətin bəxtəvər işçiləri

Məşhur Çin şirkəti Tiens Group təxminən 12000 işçi heyətinə malikdir. Bu yay şirkət əməkdaşlarını kütləvi şəkildə istirahətə göndərəcək.

The Guardianin verdiyi məlumata görə şirkətin rəhbəri Li Jinyuan öz komandasının təxminən 6400 nəfərini Fransaya 4 günlük səyahətə göndərir.

Fransa xarici işlər nazirliyinin sözçüsü bildirib ki, turistlər Paris və onun yaxınlığında 140 otel rezerv ediblər.

Le Parisien qəzetinin məlumatına görə işçilər üçün Nisə, Luvra, həmçinin digər görməli yerlərə turlar da təşkil olunacaq. Şirkətin bu səyahətə təxminən 15 mln dollar (13 mln avro) xərcləyəcəyi gözlənilir.

Qeyd edək ki, Tiens Group əsası 1995-ci ildə qoyulub və şirkət qısa bir müddətə demək olar ki, bütün dünyaya səs salıb. Şirkətin rəhbəri Li Jinyuanın adı 2011-ci ildə Forbes tərəfindən dünya milyarderləri siyahısına əlavə olunub.

Mətni hazırladı: Ülkər Qurbanova