Şimali Amerikanın qəribə qanunları

Şimali Amerikanın qəribə qanunları
1506

“Qəribə qanunlar” adlı silsilə yazılardan növbəti birini təqdim edirəm. Tarix boyu mövcud şəraitə uyğun olaraq rəsmilər və hakimiyyət nümayəndələri qəribə qanunlar qəbul edib. Bu qanunlara gülməklə kifayətlənməyib onların qəbul olunduğunu tarixi şəraiti nəzərə almaq labüddür. Bəziləri artıq tarixin kitablarında qalmalı, digərləri isə həqiqətən də qəribəliyinə görə yenidən baxılmalıdır.Bundan əvvəlki məqalələri oxumaq üçün bura klik edə bilərsiniz (birinci, ikinci, üçüncü , dördüncü, beşinci, altıncı yeddinci məqalələr).

Çikaqoda nüvə silahını partlatmağın cəzası cəmi 500 dollardır (niyə belə çox? ).Koloradoda içki satılan yerlərdə qida maddəsi, qida satılan yerlərdə isə içki satıla bilməz. Ontarioda şəhər sərhədləri daxilində xoruzların banlamağı qadağandır. Koloradonun Denver şəhərində qonşuya tozsoran vermək qadağandır (niyə axı??). Həm də şəhərdə siçanlara pis davranmaq olmaz. Alyaskada təyyarədən maral şəkli çəkmək və yatan ayını (!!!) fotoşəkil çəkmək üçün oyandırmaq qadağandır. Floridada gözəllik salonunda saç quruducusunun altında yatan qadın və salon sahibinə pul cəzası verilir.Alyaskanın Faribansk şəhərində marala spirtli içki (belələri də var ) verməyin cəzası həbsdir.

Arizonada uzunqulaqların ləyəndə yatması qadağandır. Görəsən qanunu pozan uzunqulaq “vətəndaşlara” hansı cəza tətbiq olunur? Floridada subay xanım bazar günü paraşütlə atlana bilməzlər. Arizonada kaktus kəsməyin cəzası 25 ilə qədər həbsdir. Los-Ancelesdə kişinin həyat yoldaşını 5 sm-dən qalın kəmərlə döyməyi qadağandır (vəhşilik!). Arizonada qırmızı maska taxaraq edilən yüngül cinayət belə ağır cinayət sayılır. Kaliforniyada hərəkət edən motorlu vasitədən heyvanlara atəş açmaq olmaz. Bu qanunda tək istisna balinalaradır.

Kanadanın Oşava şəhərində ağaca dırmaşmaq olmaz.Arizonanın Mohave yaşayış məntəqəsində sup oğurlayanın cəzası, supu oğrunun başına tökməkdir (əcəb olur!). Kanadanın Toronto şəhərində Yon1 prospektində ölü atları bazar günü sürümək olmaz.Pensilvaniya ştatında soyuducunun qapısı açıqkən qarşısında yatmaq və duşda mahnı oxumaq olmaz. Hollivud Bulvarında mindən çox qoyun varsa, avtomobil istifadə etmək qadağandır. Bir sual: qoyunlar sayan çoban var?  Oklahomada ayaqqabı ilə yatmaq qadağandır. Düz deyirlər də.Los-Ancelesdə şübhəli kürsüsündə ağlamaq olmaz.

İndiana ştatında bərbərlərin uşaqların qulağını kəsməyi, evdə içki içmək, birinin arxasından danışmaq və dedi-qodu etmək qeyri-qanunidir. Atlantada zürafəni telefon dirəyinə bağlamaq olmaz. Vayominqdə iyun ayında dovşanın fotoşəklini çəkmək olmaz (yəqin qorxub eləyirlər). Texasda başqa birinin inəyinin südünü içmək olmaz. San-Antonioda mal oğurlamağın cəzası oğrunu oğurluq etdiyi yerdən asmaqdır.

Müəllif: Tural Turan

Mənbə: https://turalturan.wordpress.com