Sevil Sevinc və ya Azərbaycanda internetdə nəyi axtarirlar

Dünən Digitello Aqentliyi Azərbaycanda Adwords üzrə ən çox istifadə olunan açar sözlərini paylaşmışdır.

 

Bu yazıda mən millətimizin maraqlı yox, şirkətlər üçün bu tip məlumatların nə dərəcədə faydalı olduğundan danışmaq istəyirəm. Rəngarəng və ciddi görsənməyən bu şəkil əslində şirkətlər üçün BÖYÜK bir fürsətdir! Təsəvvür edin Sizə Azərbaycan internet istifadəçilərinin maraqlarını pulsuz təqdim edirlər. Lakin…

Mən bir eksperiment keçirdim: hər bir açar sözü üzrə 3 brauzerdə (Chrome, Mozilla, Opera) axtarış verərək, bu sözlər üzrə hansı şirkətlərin məlumatları çıxacağını yoxladım. Və bununla bağlı bir neçə faktı qeyd etmək istəyirəm:

  • Şirkətlərimizin internetdə aktivliyi 0. Hamı şikayətlənir ki, saytlara trafik zəifdir. Müştəri axtarış sistemlərdə sizi birinci səhifədə tapmayanda əlbəttə ki, trafik zəif olacaq.
  • Saytlarımızın SEO-su bərbad vəziyyətdədir. Nəyə görə öz dilimizdə yazılan sözlər üzrə axtarış verəndə türk va rus saytları çıxmalıdır? Məsələn, tarif və ya 3g yazanda Beeline çıxır, lakin Nar çıxmır. Və ya faiz sözü üzrə türk bankları çıxır.
  • Şirkətlərimiz trendləri izləmirlər. Məsələn, son bir ay ərzində Ramazan ayı və Azal internetdə ən çox müzakirə olunan mövzulardandırlar. Lakin, Azal sözünü yazanda ümumiyyətlə heç bir turizm şirkətinin saytı çıxmır.
  • Sevil və Sevinc. Hansı şirkət bu dueti öz brendinin simasını edə bilsə çox qabağa gedəcək. Və bu zarafat deyil.

Hər bir vəziyyətdə kimi, burda da çıxış yolları var. Ən azından SEO şirkətlərə müraciət etmək və ya, əgər büdcəniz yoxdursa, özünüz internetdən öyrənə bilərsiniz.

Maraqlı və faydalı kontent yaradın. İşlərinizdə uğurlar!

Müəllif: Samir Karimov

Mənbə: http://samirkarimov.com