Səriştəliklərin İR idarə edilməsi sisteminə inteqrasiyası
Səriştəliklərin insan resurslarının idarə edilməsi sisteminin əsas funksiyaları üzrə bir çox istiqamətdə istifadəsi mümkündür. Qısa olaraq onlar haqqında məlumatı paylaşıram. İşə qəbul.
İşə qəbul
- İşə qəbul tələblərini aydınlaşdırır;
- Uğurlu işçi seçimi etmək şanslarını artırır;
- Şirkətin tələblərinə uyğun gəlməyən işçilərə sərmayənin yatırılmasını azaldır;
- Daha sistematik müsahibə prosesi üçün şərait yaradır;
- İnkişaf etdirilməsi asan və daha çətin olan səriştəliklər arasında fərqləri müəyyən etməyə yardımçı olur.
Təlim və inkişaf
- Nəticəyə daha çox təsir edən səriştəliklər üzərində diqqəti cəmləşdirmək imkanı yaradır;
- Təlim və inkişaf strategiyasının şirkətin strateji maraqları ilə əlaqələndirilməsini təmin edir;
- Təlim və inkişafa edilmiş sərmayənin səmərəliliyini artırır;
- Davamlı əks əlaqə üçün zəmin yaradır.
Performansın qiymətləndirilməsi
- Hansı keyfiyyətlərin inkişaf etdirilməsinin və qiymətləndirilməsinin zəruriliyi müəyyən edir;
- Performans müsahibələrini daha hədəfli edir;
- İş yerində tələb olunan zəruri davranış ilə bağlı fikirləri aydınlaşdırır.
Davamçıların yetişdirilməsi
- Kritik pozisiyalar üçün zəruri olan səriştəlikləri aydınlaşdırır;
- Namizədin növbəti karyera yüksəlişinə hazır olub-olmadığını müəyyən etmək imkanı yaradır;
- Yüksək potensiallı işçilərin müəyyən edilməsinə yardımçı olur.
Müəllif: Nurlan Şixəliyev
Mənbə: http://www.365skills.com