Senseit şirkəti istifadəçilərin arzularını nəzərə alaraq, müdafiə sistemli R390+ smartfonunu yenilədi. Yeni model R390+ daha tez və məhsuldar oldu, eyni zamanda istənilən şəraitdə mükəmməl çəkilişlər üçün təkmilləşdirilmiş kameraya da sahibdir.
Mobil telefon öz sahibinin həyat tərzini inanılmaz dərəcədə yaxşı əks etdirir. Senseit R390+ bir yerdə oturmağa adət etməyənlər üçün mobil cihazdır. Bu telefon istifadəçinin ekstremal ruh yüksəkliyini paylaşmağa, onunla planetin uzaq məkanlarına səyahət etməyə, dərin hovuzlara baş vurmağa və dəf edilən yolların tozuna tab gətirməyə hazırdır.
Optimallaşdırılmış model Senseit R390+ böyük həcmli operativ yaddaş (512 MB – a qarşı 1 HB), 1,3 HHz takt tezliyi ilə iki nüvəli prosessor (əvvəlki modeldə 1,2 HHz), eyni zamanda 5 meqapiksel ilə birlikdə 8 meqapiksel kameraya malikdir. Bunun sayəsində, bu telefon qarşıya qoyulmuş istənilən tapşırığın öhdəsindən gələcək.
Smartfon IP 68 standartı üzrə mühafizə olunur: 1 m – dən artıq dərinliyə rahat tab gətirir, eyni zamanda korpusun daxilinə tozun daxil olmasına imkan vermir. Bundan başqa, qeyri - standart səkkiz bucaq formaya malik olan bu cihaz sərt səthi sayəsində kənarlardan mümkün təzyiqdən əhəmiyyətli dərəcədə müdafiə olunur. Nəhayət zərbəyə davamlı rezin korpusu sayəsində möhkəm səthlərə yarım metr hündürlükdən düşdükdə belə, heç bir zədə almır. Bütün bu göstəricilər, Senseit R390+ modelini inşaatçılar, səyahətçilər, idmanın ekstremal növlərinin pərəstişkarları və zərif elektronikaya etibar etməyən hər bir kəs üçün ideal seçimdir.
Yeni smartfon həmçinin xəritədə marşrutu izləməyə və ehtiyac olan zaman “SOS” siqnalı göndərməyə imkan yaradan GPS - monitorinq MobiTrack sistemini dəstəkləyir. Bundan əlavə, göstərilimiş geozonadan çıxmısınızsa və ya batareyanı doldurmaq lazımdırsa, sistem sizə tam zamanında xəbərdarlıq siqnalı verir.
Senseit R390+ üçüncü nəsil mobil şəbəkələrdə işləyir, iki sim kart dəstəyinə və 4-düymluq sensor multitouch displeyə sahibdir ki, bu da cihazı universal və istifadədə rahat edir, 2400 mAh həcmli batareya cihazın avtonom rejimdə uzun müddət işləməsini təmin edir: danışıq rejimində - 8 saat, gözləmə rejimində isə 850 saat. 8 meqapiksel kamera səyahət zamanı keyfiyyətli çəkilişlərə imkan verir, eyni zamanda video zənglər üçün 1,3 MP- li ön kamera nəzərdə tutulmuşdur. Senseit R390+ Android 4.2.2 sistemi üzərində işləyir.
Yüksək mühafizə xüsusiyyətləri ilə qurğu xüsusi ölçülərə (134,5 x 73,6 x 18,9 mm) və çəkiyə (210 q) malikdir. Artıq qara rəngli smartfon narıncı və ya yaşıl elementləriylə iki dizaynda tövsiyə edilmiş 8.999 rubl ( 108 AZN) pərakəndə qiymətlə qonşu ölkələrdə satışa çıxarılıb.