Sektorda ilk olmaq

Sektorda ilk olmaq
4299

Fərqli bir məhsul ilə sektora girmək, fərqlilik yaratmaq, olan bir məhsulu dəyişərək bazara daha fərqli təqdim etmək işin böyük hissəsinin görülməsi deməkdir. Və bu uğurlu işin sonlanması üçün hansı dəstəklərin lazım olduğunu sonda maddə maddə qeyd edəcəyəm.

İndi isə gəlin baxaq niyə sektorda ilk olmaq önəmlidir. Biznesdə əsas məsələ lider ola biləcəyimiz sektoru özümüz özümüzə yaratmalıyıq. Mütləq şəkildə bazara yeni bir məhsul təqdim edib onu öz adımızla asossasiya etməliyik. Bundan sonra isə olduğunuz sektorda o məhsuldan və ya o məhsula bənzər nə qədər məhsul çıxsa da, siz o bazarda rəqabət gücünə sahib olduğunuz müddətcə o məhsullar sizin adınız ilə hallanacaq. Pampres kimi, Rexona kimi və yaxud avtomobil sektorundan olan Jeep kimi və s. Bilirsizdə yəqin bizim pinqivin salafan paketlər dediyimiz əslində 15-20 il əvvəl Azərbaycana gətirilən İranın "Pinqivin" markalı salafan paketlərdən qalmadır.
Oxuduğum bir kitabda belə bir şey qeyd olunmuşdu.

  • Atlantik okeanını ilk dəfə təyyarə ilə keçən şəxs kimdir? Bəli, Charles Lindbergh.
  • Bəs Atlantik okeanını ikinci dəfə təyyarə ilə keçən şəxs kimdir? Çoxda asan sual olmadı, elə deyilmi?

Atlantik okeanını təyyarə ilə ikinci dəfə keçən şəxs Hinklerdir. Hətta Lindbergdən daha yaxşı nəticə göstərmişdir. Ancaq kim maraqlanır Hinkler ilə? Hər kəs ilki yadda saxlayır.
Kola sektorunda 100-lərlə kola istehsal olunsa da Coca-cola bazarda payın böyük hissəsinə sahibdir. İlk olduğu üçün. Coca-Cola ən yaxın izləyicisi Pepsi-yə rəqabət şərtlərinin artması üçün bəzi imkanları yaratmaqdadır. İkinci dünya müharibəsindən sonra Amerikaya ilk idxal olunan pivə markası Heineken oldu. Ondan sonra 100-lərlə hətta təxmini rəqəm deyilsə 500-dən çox pivə markası idxal olundu. Yəqinki dad olaraq Heinekendən daha yaxşıları var idi içlərində. Ancaq Heineken hələ də idxal pivə markaları arasında bazarın birincisidir. Keçək mövzunun əvvəlindəki yeni məhsulun uğurlu olması üçün daha nələrin lazım olduğunu qeyd etməyə. Yəni ki məhsulun yeni olması kifayət etmir.

  • Ehtiyaca uyğun məhsul. Əgər bir yeni məhsulu bazara təqdim ediriksə və bu məhsula heç bir ehtiyac yoxdursa məhsulun bazara çıxarılması boşuna və artıq xərcdir.
  • Hədəf kütlə. Düzgün hədəf kütləyə xitab etmək mütləqdir.
  • Maksimum şəkildə təşviq etmək. Rəklam və marketinq xərcləri çox olmalı və daima yeni və düzgün marketing strategiyalarla məhsul dəstəklənməlidir.

Bu maddələri də məhsulun yeni olmasının üzərinə gəlsək, bazara çıxaracağınız məhsulun uğurlu olmasında, sizin isə o sektorda lider olmağınızda heç bir əngəl qalmayacaqdır. Forsmajor halları çıxmaq şərti ilə.

Müəllif: Cavid Abasov

Mənbə: http://www.cavidabasov.com/