Saytlar nə hiss etdiyinizi anlaya biləcəklər

Qəzəb hissini insanın özünü necə aparmasından asanlıqla hiss etmək olur. Professor Jeffrey Jenkins artıq komputer mouse-nun köməyi ilə deyə bilər ki, siz nə dərəcədə qəzəblisiniz. Professorun başçılığı ilə bir qrup mütəxəssislərin müşahidələri zamanı məlum olub ki, qəzəb və yaxud digər neqativ emosiyalar keçirdən insanlar komputer mouse-nu çox az dəqiqliklə hərəkət etdirərək onun sürətini dəyişirlər. Müasir texnologiyaların köməyi ilə professor müəyyən alqoritm hazırlayıb hansı ki, mouse-un hərəkət sürətinin köməyi ilə insanın hansı emosiyaları keçirtdiyini müəyyən edə bilir.

"Bu texnologiyanın köməkliyi ilə saytlar daha ağıllı olacaqlar. Onlar məlumat verməklə yanaşı həmdə sizi hiss edəcəklər" - deyə professor bildirib. Onun müşahidələrinə əsasən istifadəçi qəmgin və yaxud həyəcanlı olanda mouse-un hərəkət traektoriyası düz xətlərdən dəqiq olmayan qırıq traektoriya üzrə hərəkətdə olur. Bundan əlavə olaraq qəzəbli və ya dilxor insan mouse-u daha ləng şəkildə hərəkət etdirir nəinki sakit insan. Jenkins-in fikrincə bu texnologiya web dizaynerlərə çox kömək edəcək. Onlar adi istifadəçiləri qıcıqlandıran bug və problemləri saytlarda daha tez aşkar edərək onları aradan qaldıra biləcəklər.

"Adətən istifadəçinin qəzəblənərək müəyyən saytdan artıq istifadə etmədiyi vaxtı demək çətindir. Lakin biz artıq neqativ halları hiss edərək onları aradan qaldırmaqla yanaşı istifadəçilərə köməklik edə bilərik" - deyə professor qeyd edib. Hələki sistem mouse ilə işləmək üçün nəzərdə tutulub. Lakin Jenkins artıq bu sistemin smartfonlar üçün də olacaq versiyasını planlaşdırır.

Mənbə: http://ikt.lent.az/