Satışda AİDA Modeli

AİDA Modeli satış müddətini bildirməktədir və uzun zamandır professional satışçılar tərəfindən istifadə edilməkdədir. AİDA ingilis dilində tərcümədən "Diqqət, Maraq, Arzu, Hərəkət" sözlərinin baş hərflərindən ibarətdir. Bu modeldə satış müddətini, sadaladığımız dörd ünsürdən ibarət yığcam və effektiv hala gətirəcəyik. Satışlarınızda bir problemlə qarşılaşırsınızsa , bu o deməkdir ki, bu dörd sahədən birində çatışmazlıqlarınız vardır.

  • Diqqət : Müştərinin Diqqətini Cəlb Edin

Birinə satış etməyə başlamadan əvvəl onun fikirlərini tam olarak özünüzə cəmləməyiniz lazımdır. Yalnız bu zaman onu, sizə qulaq asmasına razı sala bilərsiniz. Hər satış görüşməsi, əslində müştərini etdiyi işdən yayındırmaq, və sizə qulaq asmasını təmin etməklə başlayır.

İndi gəlin müştərinin fikrini necə özümüzə çəkə bilərik mövzusuna toxunaq. Müştərinin diqqətini çəkə bilmək üçün, onun potensial ehtiyacları üzərindən mövzuya girmək lazımdır. Ehtiyacı ortaya çıxaracaq bir neçə sual verə bilərsiniz, yaxud ehtiyacları ortadan qaldırmaq üçün bir fikir irəli sürə bilərsiniz. Nə satırsınızsa satın müştərilərin diqqətini özünüzə çəkə biləcək, yalnız sizə məxsuz bir neçə sual və yaxud fikir üzərində işləyin. Bunu müştərilərin diqqətini çəkmək üçün istifadə edin və zaman keçdikcə dahada təkminləşdirin.

  • Maraq : Müştəridə Maraq Oyadın

Müştərinin diqqətini çəkdikdən sonra onda məhsulunuza qarşı maraq oyandırmalısınız. Məhsulunuzun xüsusiyyətlərini müştəriyə göstərərək və yaxud məhsulunuzun, müştərinin həyatında edəcəyi dəyişiklikləri ona izah edərək yada məhsulunuzun, müştərinin işindəki inkişafında oynayacağı rolu müştəriyə izah edərək müştəridə məhsulunuza qarşı maraq oyada bilərsiniz. Bunu mükəmməl şəkildə etməlisiniz. Bunun üçündə yalnız sizə xas olan, effektiv bir kiçik bir təqdimat hazırlamalısınız.

  • Arzu : Müştəridə Məhsula Qarşı Arzu Yaradın

Müştəridə maraq oyatdıqdan sonra, onda məhsula qarşı arzu oyatmaq lazımdır. Bir məhsula qarşı marağın oyanması müştərinin onu alması üçün kifayət etmir. Əsas, müştərini məhsulu almağa şövq edən hiss arzudur. Müştəri "Biraz düşünməliyəm" deyirsə bu o deməkdir ki, "Məhsulu almaq üçün arzumu lazımı qədər oyandıra bilmədin."
Əgər bu xüsusiyyətlər sizin məhsulda varsa bunlardan yaxşı istifadə edin.

Puldan qənaət etmək.

Zamandan qənaət etmək.

Rahatlıq vermək.

Sağlam, inamlı, məhşur, moda və s. xüsusiyyətləri müştəriyə vermək,

Müştərinin şəxsi həyatını və biznesini inkişaf etdirmək

  • Hərəkət : Müştərinin Hərəkətə Keçməsi, Məhsulu Alması

Bu mərhələdə müştərinin məhsulu alması üçün qəti qərarını verməsini təmin etməlisiniz. Ən yaxşı təkliflərinizi edərsiniz və müştərini hərəkətə keçirərsiniz. Bu yerdə satış əməliyyatını qurtarasınız. Son təkliflər çox önəmlidir. Sonda edilən xırda bir səhv müştərini fikrindən yayındıra bilər. Ama siz başlıqdaki üç mərhələni nə qədər möhkəm tutmusunuzsa, satışın baş tutması o qədər yüksəkdir.

Son olaraq bildirmək istəyirəmki, bu prosesləri çox qısa bir zamanda həyata keçirməlisiniz. Müştəri nə olub bitdiyini fikirləşdiyi vaxtda, siz artıq satışı başa vurmalısınız.

Müəllif: Cavid Abasov

Mənbə: http://cavidabasov.blogspot.com