''Samsung''-dan unikal təhlükəsiz yük maşınları

''Samsung''-dan unikal təhlükəsiz yük maşınları
1662

Cənubi Koreyanın "Samsung" şirkəti daha bir unikal yeniliyi gerçəkləşdirib.

Şirkət Argentinada "Samsung Safety Truck" adlı layihəsini reallaşdırıb. Sistem avtobanlar, magistrallar və şosselərdə ağır tonnajlı yük avtomobillərinin arxasınca hərəkət edən, ötmə hərəkəti edərək maşını qabaqlamağa çalışan sürücüləri hazırda üzləşdikləri çətinliklərdən xilas edir. Yeni "Samsung Safety Truck" sistemi ağır tonnajlı yük avtomobilinin önündə, yolda olan vəziyyətin videogörüntülərini maşının yük yerinin arxasındakı ekrana translyasiya edir.

Mənbə: http://www.buro247.az