Yaponiyanın “Kyocera” şirkəti özünün istehsalı olan sukeçirməz “Digno rafre” “Android” smartfonunu təqdim edib.“vistanews.ru” saytının verdiyi məlumata görə, əgər cihaz çirklənərsə, onu hətta sabunla yumaq mümkündür.Bu avadanlıq mətbəxdə, küçədə və hətta hamam otağında istifadə edilməsi üçün tam uyğundur. “Digno rafre” smartfonu “1seg” rəqəmsal TV-tüneri ilə təchiz edilib ki, onu da müəyyən dayaqla bərkitmək mümkündür.
“Kyocera” şirkətinin tərtibatçıları qeyd edib ki, smartfonun sensor panelindəki maye “Digno” smartfonunun normal işləməsinə mane ola bilməz. Bundan başqa, xüsusi avadanlıq yaranmış cızıqları örtmək imkanına sahibdir.
“Kyocera”nın yeni cihazında “Smart Sonic Receiver” sistemi quraşdırılıb ki, bu da qulaqcıq olmadan danışmaq və musiqi dinləməyə imkan verir. Çin mütəxəssisləri “Digno” smartfonunu 720p həcmli 5 düymlü ekran, 13 meqapiksel kamera və 3000 mA-s həcmli akkumulyatorla təchiz ediblər. Cihazın eni isə cəmi 10 millimetrdir.
Artıq “Digno rafre” smartfonu bir həftədən sonra Yaponiyada satışa çıxarılacaq. Yuyulan smartfonun qiyməti isə 465 dollar təşkil edir. Yaponiya istehsalı olan cihazın dünya bazarlarına çıxarılacağı vaxt hələlik məlum deyil.
Mənbə: http://ikt.lent.az/