Bu yazımda SMART analizdən danışacam. Analizlər demək olar ki həyatımızın hər bir sahəsində yer alır. İstər tibb sahəsində, istər biznes sahəsində, istərsədə şəxsi həyatımızda analizlərdən istifadə olur. Analizlər nəticəsində biz istiqamətimizi və nə iş görəcəyimizi dəqiqləşdirə bilirik. İndi haqqında yazacağım SMART analiz həm şəxsi həyatımızda həm də biznesimizdə istifadə oluna bilər. SMART analiz nədir ?
SMART analiz - hədəflərimizi dəqiqləşdirməyə kömək edən analiz növüdür.
Hədəflər bizim üçün çox önəmlidir. Hədəf müəyyənləşdirilmədən edilən iş uğursuzluqla nəticələnir.
Məsələn : A şəhərindən avtomobil ilə yola çıxırsınızsa çatacağınız şəhəri bilmirsinizsə yolda qalacaqsınız. Amma çatacağınız şəhəri B şəhəri olaraq təyin etmisinizsə artıq bu şəhərə çatmaq üçün lazım olan benzin miqdarını və hansı yoldan gedə biləcəyinizi təyin edə bilərsiniz.
Specfic - Əgər geyim mağazası açmaq istəyirsinizsə ilk öncə hansı cins üçün, hansı yaş qrupu üçün, klassik yaxud sport geyim satacağınızıd müəyyənləşdirməlisiniz.
Measurable - Bu çox önəmlidir. Siz günlük, həftəlik, aylıq və illik olaraq satış sayınızı dəqiqləşdirməlisiniz. Dəqiqləşdirdiyiniz say sizin çatacağınız hədəfdir.
Achievable - Hədəfiniz əl çatan olmalıdır mütləq. Geyim mağazanızı yeni açmısınızsa günlük 200-300 satış hədəfləməniz əl çatan deyil. İşinizin həcminə uyğun hədəf seçməlisiniz.
Relevant - Xəyyalara qapılaraq hədəflərinizi təyin etməyin. Hər şey xəyallarınızdakı kimi olmaya bilər. Ona görə çalışmalısınız ki realist qərarlar verəsiniz.
Timely - Zaman çox önəmlidir. Zamanı düzgün idarə etmək lazımdır. Qarşınızdakı hədəfə çatmaq üçün zamanı düzgün təyin etməlisiniz.Əgər hədəfiniz 5000 satış etməkdirsə bunu hansı zamana qədər etməli olduğunuzu təyin edin.
Müəllif: İlkin Ağayev