Reklamın funksiyaları

Əlbəttəki bir şirkət reklam kampaniyası edirsə bu kampaniyanın bir məqsədi vardır. Reklam mesajının, media vasitəsinin, reklam hədəfinin müxtəlif olmasından aslı olaraq reklam kampaniyasının funksiyalarıda bir birindən fərqlənir.

Məlumatlandırma - Bu funksiya əsasən reklamda bazara yeni girən məhsullar üçün tətbiq olunur. Burdakı məqsəd reklam müddəti ərzində məhsul haqqında qarşı tərəfə ən dolğun məlumatı çatdırmaqdır.

Razı salma - Bu funksiya rəqabətin yüksək olduğu bazarlarda tətbiq olunur ki, buda qarşı tərəfə (izləyiciyə) " ən yaxşı məhsul bizim məhsuldur" mesajını şüuraltıda olsa çatdırmağa çalışır.

Xatırlatma - Reklam kampaniyasında bu funksiyadan istifadə edən şirkətlər artıq müəyyən qədər özlərini və yaxud məhsullarını tanıtdırıblar. Bu funksiyadan istifadə etməkdəki məqsəd mesajlarını izləyicilərinə xatırlatmaqdır.

Dəstəkləyici - Bu funksiyadan istifadə edən şirkətlər "bizim məhsulumuz sizin ehtiyacınızı yüksək səviyyədə qarşılayır" mesajını verərək, o məhsula ehtiyacı olan izləyicinin məhsulu almasına dəktək verməkdədirlər.

Dəyər qatma - Bu funksiya reklamın məhsula, şirkətə dəyər qatmasını və əsasəndə o məhsul və şirkəti yaxudda markanı rəqiblərə görə prestijli etməsini ortaya qoymaqdadır. Digər funksiyaları düzgün və mükəmməl həyata keçirən şirkətlər bu funksiyanıda əldə edirlər. Bəzən isə böyük və özlərini sübut etmiş şirkətlər bu funksiyaya üstünlük verərək, rəqiblərini bazardan sıxışdırmağa çalışaraq, öz bazar paylarını dahada yüksəltməyə nail olurlar.

Müəllif: Cavid Abasov

Mənbə: http://cavidabasov.blogspot.com/