Reklamın Fəaliyyətini Göstərən Modellər

Reklamın Fəaliyyətini Göstərən Modellər
843

Reklam modellərindən niyə istifadə etməliyik? Reklam modelləri hansılardır? Bizə nə kimi faydası ola bilər? Bu yazımda bu suallara aydınlıq gətirəcəyəm. Reklam modelləri hədəf kütlənizin sizin reklam mesajınızı necə qəbul etdiklərini ortaya qoyur. Bu modellər elmi təsdiqini tapmış olduğundan rahatlıqla sizlərdə öz reklam qərarlarınızı alarkən bu modellərdən istifadə edə bilərsiniz. Bunlardan bəzilərini sizə yazacağam və qısada olsa hər biri haqında açıqlamalar verəcəyəm.

- AIDA

NAIDAS

DAGMAR

Effekt Sistemi

- Yeniliklərin Mənimsənilməsi

Məlumat Fəaliyyəti

FCB

Rossiter və Percy

  • AIDA Modeli - AIDA modeli, reklamın formulunu göstərən Fəalliyyət hərf başlıqlarından yaranmışdır. Attention (diqqət) , Interest(maraq), Desirə (İstək), Action(Hərəkət) . Reklam diqqət cəzb etməli, maraq yaratmalı, İstək oyatmalı, və izləyəni yada eşidəni hərəkətə keçirtməlidir. Bunlardan biri olmadıqda digəridə olmayacaqdır. AIDA modeli satışdada istifadə olunur. Bununla bağlı əvvəl yazı yazmışdım. 
  • NAIDAS Modeli - Yenədə bir biri ilə bağlı olan fəaliyyətlərin baş hərflərindən yaranmış bir modeldir. Burada AIDA modelinin əvvəlinə Need(ehtiyac) sonuna isə Satisfaction(məmnunluq) sözlərinin əlavə olunması ilə yaranmışdır. Bu modelidə satış sahəsində rahatlıqla istifadə edə bilərsiniz.
  • DAGMAR Modeli - Dagmar modeli isə bir cümlənin qısaldılması ilə meydana gəlmişdir. Bu cümlə "Defining Advertising Goals for Measured Advertising Results" yəni "Ölçülə bilinən reklam nəticələri üçün,təyin edilmiş reklam hədəfləri" mənasını daşımaqdadır. Bu modeldə digər modellər kimi sıralamalı fəaliyyətlərdən ibarətdir. Bu fəaliyyətlər bir birinə biri olmazsa digəri olmaz şəklində bağlıdırlar.
  • Effekt Sistemi - 1961-ci ildə Robert Lavidge ve Gary Steiner tərəfindən ortaya qoyulmuş bu model 3 başlıqda hədəf kütlənin reklama reaksiyasını ölçməkdədir. Bunlar elmi, duyğu, davranış ölcüləridir. Burada yenədə bir birini izləyən fəaliyyətlər var.
  • Yeniliklərin Mənimsənilməsi - Bu model isə yeni məhsulun yada yeni reklamın hədəf kütlə tərəfindən qəbul olunması üçün lazım olan şəraitlərin hazırlanması fəaliyyətlərini orataya qoyur. Bu modeldə fərqində olmaq, maraqlanmaq, dəyərləndirmə, yoxlamaq və mənimsəmək fəaliyyətləri bir birini izləyir.
  • Məlumat Fəaliyyəti - Bu modelə görə bir izləyici ilə reklam arasındakı ilk təmasda təqdimat, diqqət, qavrama, qəbul,yaddaşda tutmaq və hərəkət fəaliyyətləri bir birini izləməlidir.
  • FCB Modeli - Bu model uyğun olan reklam, yaradıcı strategiyanı və düzgün medya planının seçimini ortaya qoymaqdadır. Bunun üçün isə iqtisadi, ictimai, reaksiya və psixoloji olaraq dört planlamadan ibarət bir sistemdən istifadə edilməkdədir.
  • Rossiter və Percy - Bu model FCB modelinin genişləndirilmiş formasıdır. Model markanın özünəməxsusluğunu, marka və motivasiya ünsürləri üzərində çox durur. Bu model reklamda az məlumat,çox məlumat , məhsulun fərqliliyinə görə neqativ və potitiv sözlər, məhsul seçimi qabağı axtarış, təcrübə və s. mövzular üstündə daha çox dayanır.

Müəllif: Cavid Abasov

Mənbə: http://cavidabasov.blogspot.com/