Reklam istehlakçılar tərəfindən qəbul olunub yaddaşda saxlanılğı zaman öz vəzifəsini yerinə yetirir və işləyir demək olar. Bundan əvvəlki yazımda Reklamda Ünsiyyət yazısını yazdıqdan sonra, bu yazıda reklamda mesaj insanlar tərəfindən necə qəbul olunur, necə yaddaşda saxlanılır və qərar verildiyi zaman necə istifadə olunur mövzusunu sizinlə bölüşəcəyəm.
Reklam mesajının qəbul olunması və işləməsi bizim qərar sistemimizlə bağlıdır. Reklam mesajları 3 məlumat anbarından keçməkdədir. Birinci mərhələ hissiyyat qəbul etmədir. Bu mərhələnin 3 funksiyası var. Gələn bütün hissiyat məlumatlarını tanına bilən hala çevirir, məlumatı gələcəkdə istifadəsi üçün saxlayır və son olaraq məlumatı işlənməsi üçün yuxarı beyinə göndərir. İkinci mərhələ qısa müddətli yaddaşıdır. Burda məlumatın məntiqi dəyərləndirmələri aparılır və qısa zamanda burda saxlanılır. Çox çevik olduğu üçün tutumu azdır. Üçüncü mərhələdə uzun müddətli yaddaşdır. Bir insanın indiyə qədər etdiyi bütün fəaliyyətlər bu məlumat anbarında yerləşir. İstifadəsi lazım olmayan bütün məlumatlar buradadır. İndiyə kimi uzun müddətli yaddaşın işləmə sistemini iki cür şəkildə açıqlayanlar olub.
Birinci cür mərhələli yaddaş. Məsələn insan mobil telefon dediyi zaman ağlına, əldə tutulan, üzərində bir neçə və yaxud daha çox düyməsi olan, ekranı olan bir əşya gəlir, sonra isə onun rəngləri göz qabağına gəlir, növbəti ağlımıza gələn isə kiməsə zəng etmək, sonra isə oyun oynamaq, mahnıya qulaq asmaq və s. gəlir. Ama bu çox sürətlə baş verir. Uzun müddətli yaddaşın ikinci cür işləmə şəklinin isə zamanla əlaqəli olduğunu söyləyirlər. Bir əşya, məhsul və s. haqqında məlumat uzun müddətli beyində zamana görə saxlanılır. Bura qədər məncə aydındır. İndi keçək mesaj zamanı baş verən hərəkətlərə.
Mesaj mesaj qəbul edilənə gəldiyi zaman burada siqanalın gücü və uyğunluq çox önəmlidir. Belə olduğu təqdirdə şəxs rahatlıqla uzun müddətli yaddaşdan saxlanılan məlumatı geri çağıra bilir. Bunun görədirki reklam şirkətləri reklam mesajını uyğun və mesajdakı siqnalın gücünü yüksək edirlər. Məsələn bir reklamda isti kofenin yayda içildiyi abu havasını yaratsanız bu heçdə uğurlu olmayacaqdır. Çünki artıq istehlakçı beynində uzun müddətli yaddaşda isti kofenin daha sərin günlərdə içilməsi lazım olduğu həkk olunub.
Müəllif: Cəvid Abasov