Reklam Büdcəsi Yaratma Metodları

Reklam Büdcəsi Yaratma Metodları
993

Əfsuslar olsun ki, Azerbaycanda kiçik və orta tipli şirkətlər reklam büdcəsini ya səhv planlayırlar yada heç planlamırlar. Bu isə ay ərzində və il ərzində şirkətlərin satışlarında nə qədər dəyişikliklərin baş verdiyini ölçməkdə böyük çətinliklər ortaya qoyur. İndi isə ən çox istifadə olunan reklam büdcəsi yaratma üsullarına nəzər yetirək.

Satış Faizi Üsulu

Şirkətlərin çox hissəsi satışlarının müəyyən faizi qədər reklama büdcə ayırarlar. Mənimdə ən üstün gördüyüm üsul budur. Bu metod iki üsulla tətbiq edilir. Bəzi şirkətlər təxmini qazanclarının müəyyən faizini büdcə olaraq ayırdıqları zaman, bəziləri isə faktiki qazanclarının müəyyən faizini büdcə olaraq ayırırlar.

Maksimum Xərcləmə Üsulu

Bir hissə şirkətlər reklam büdcəsi üçün şirkətin bacardığı qədər ayıra biləcəyi maksımum ğlöwdi bwdci ayşrşrlar. Bu tipli şirkətlərin əsas məqsədi tez bir zamanda bazarın böyük bir pay hissəsini ələ keçirməkdir.

Rəqibləri İzləmə Üsulu

Müəssisənin bazar payına və məhsulun bazar seqmentinə bağlı olaraq bəzi müəssisələr, rəqiblərin reklam büdcəsini özlərinə mənbə olaraq seçirlər. Burdakı əsas məqsəd pazar liderləri və yaxud digər rəqibləri izləyərək lazımsız büdcə xərcləri yaratmamaqdır.

Hədəf Üsulu

Bu üsul reklam büdcəsi idarəedicilərin şirkət üçün hədəflərinə əsaslanır. Sadecə burada diqqət ediləsi bəzi nüanslar var.

1. Reklam hədəflərini maksimum şəkildə rəqəmlərə əsasən təyin etmək lazımdır.
2. Bu hədəflərə çatmaq üçün hansı tədbirlərin və yaxud fəaliyyətlərin görülməsi lazım olduğunu bilmək,
3. Bu fəaliyyətlərin nə qədər xərc tələb etdiyini bilmək.

Statistika Analizi Üsulu

Axır zamanlar medianın çeşidlənməsi reklam qərarlarını vermədə çətinləşmə ortaya çıxartmışdır. Buna görədə statistika analizlərindən faydalanmaq lazımdır. Müxtəlif statistika analiz metodlarından istifadə olunaraq reklam büdcəsinin nə qədər olmasını daha rahat müəyyənləşdirmək olar. Bu metodlardan ən əsası satış reaksiyası metodudur. Bu metod sayəsində reklamın satışa nə qədər təsir etdiyini ölçmək olur və buna əsasəndə reklam büdcəsinin artırılıb azaldılması qərarı verilir.

Müəllif: Cavid Abasov

Mənbə: http://cavidabasov.blogspot.com/