Təxminən 2 həftə əvvəl kreativ agentlik kimi ölkədə bir ilkə imza atmışdıq. Həm yeni termin olaraq RAYİKON sözünü, həm də bu termini real olaraq ifadə edən rayon ikonlarını təqdim etmişdik.İlk mərhələdə 20 rayikon təqdim etsək də, təkcə bunlar ölkədə böyük əks-səda doğurmağa bəs elədi.
Azərbaycanda ilk dəfə bir reklam agentliyi işi bu qədər geniş şəkildə müzakirə olundu. 70-ə qədər saytda bu barədə material paylaşdı. Yüzlərlə facebook səhifəsində və ya profilində müzakirələr aparıldı. Fərqli insanlar tərəfindən fərqli rayikonlar yaradıldı. 2 televiziyada reportaj getdi.
Ümumən ən azı 1 milyon insan bu layihə barədə məlumatlandı.Və bütün bunların fonunda bir tələb daha çox önə çıxırdı: BƏS DİGƏR BÖLGƏLƏRİN RAYİKONLARI OLACAQMI?
İnsanları əmin etdik ki, olacaq! Və budur, daha 20 rayikon Sizlərin müzakirəsinə təqdim olunur. Necə deyərlər, vətənə, millətə xeyirli olsun! Əgər edilmiş və ya edilməmiş rayikonlar barədə hər hansı təklifləriniz olarsa, facebook-da #rayikon haştaqı altında öz təkliflərinizi yaza bilərsiniz. Biz isə reklam agentliyi olaraq onları imkan daxilində dəyərləndirməyə çalışacağıq…
Mənbə: http://yelload.com/