Qızıldan unikal iPhone 6 kolleksiyası

Qızıldan unikal iPhone 6 kolleksiyası
1263

iPhone 6 smartfonunun təqdimatından bəri Caviar-ın italiyalı zərgərləri Apple-dan bu innovativ qacetin əsasında ilk qiymətli Caviar aparatının yaradılması üzərində çalışıblar. Onlar yeni səviyyəli unikal smartfonun yaradılması üçün yüzlərlə saat əmək, onlarla eksperimentlər və konseptlərdən istifadə ediblər.

Zərgərlik ənənələrini rəqəmsal texnologiyalarla birləşdirərək, italyan zərgərləri unikal Caviar iPhone 6 smartfonları yaradıblar.

Unico Ametista Diamante
Caviar Unico Ametista yeni modeli bu yay buraxılıb və brilyant versiyada təqdim edilib. Ametistin cəlbedici rəngini Giorgio Armani kimi italyan modelyer də öz kolleksiyalarına daxil edib. Caviar-ın italiyalı zərgərləri əl işi və böyük sevgi ilə alliqator dərisini yüksək əyarlı qızıl elementləri ilə birləşdiriblər və onu klassik təraşlı miniatür brilyantlarla tamamlayıblar. Bütün bunlar bu yay sizin öyrəşdiyiniz biznes-eleqantlığın sərhədlərini pozmadan, öz stilinizə podium şıqlığının həyəcanlı notunu gətirmək üçündür.

Unico Leone LE
Caviar məhsulları həmişə böyük ideya əsasında yaradılır. Yeni Unico Leone modeli üçün ilham mənbəyi Florensiyanın gerbində əks olunan Marzocco şirinin obrazı olub. Zərgərlər virtuoz şəkildə bu obrazı qızıl lövhədə təkrarlayıblar və onun yanında zərgərlik emalatxanasının əsası qoyulduğu ili qeyd ediblər.

İtaliyada şirlərə xüsusi hörmətlə yanaşırlar, hətta qədim Mediçi sülaləsinin nümayəndələri heykəl şirlərdən ibarət kolleksiyanı toplayanların arasında ilklərdən olublar. Bu gün onun davamı Leone smartfonudur. Heyvanların hökmdarı və avqust ayında əsas mükafatının "Qızıl Şir" olduğu məşhur kinofestivalın başlayacağı Venesiyanı xüsusi münasibətlər bir-birinə bağlayır. Qızıl Leone təbiətcə şir, triumfator, müdafiəçi və hökmran olan hər kəsə həsr olunub.

Caviar Unico kolleksiyasına daxil olan bu smartfonlar Caviar-Azərbaycan butik-mağazasında satışdadır.

Mənbə: http://www.buro247.az