Qazancı artırmaq üçün 4P
Bilindiyi kimi şirkətlərin əsas məqsədi qazanc əldə etməkdir. Bir şirkətin qazanc əldə edə bilməsi üçün, məhsulunu(mal yada xidmət) istehsal etməli, qiymətləndirməli, bazarda yerləşdirməli və təşviqini apara bilməlidir. Əsas məsələ odurki məhsula qoyulan qiymət, məhsulun istehsalı, bazarda yerləşdirilməsi və təşviq edilməsi xərclərinin toplamının üstündə olmalıdır. Bu zaman qazancdan danışa bilərik ancaq. Qazancını böyütmək üçün şirkətin iki seçimi var. Ya məhsulun qiymətini aşağı salmalı yada satış həcmini çoxaldmalıdır.
Şirkətlər marketinqdə 4P-dən düzgün istifadə edərək qazancı artıra bilərlər.
- Məhsul: Məhsulun istehsal prosesində daha optimal vəziyyət yaradılaraq maya dəyərini aşağı çəkilməsi sizə daha çox qazanc gətirə bilər. Yada daha effektiv bir məhsul ilə rəqabət gücünü artıraraq daha çox qazanc əldə etmək olar. Burda əsas məsələ həm maliyyətdə həmdə keyfiyyətdə rəqibdən daha yaxşı olmaq və bazarın böyük hissəsini əldə tutaraq daha çox qazanc əldə etməkdir.
- Qiymət: Məsulun qiyməti artırılaraq,daha çox qazanc əldə edilə bilinər. Digər tərəfdən, satış həcmini böyütmək üçün qiymətdə endirim edilə bilinərki buda daha çox qazanc deməkdir.
- Yerləşdirmə: Bəzən məhsulun bazara paylanmasında seçilən yol dəyişdirilərək əvvəlkinə nisbətən daha böyük qazanc əldə etmək olar.
- Təşviq etmə: Daha düzgün seçilən təşviq etmə modelləri yada daha düzgün işlənmiş təşviqlər daha çox qazanc gətirəcəkdir.
Müəllif: Cəvid Abasov
Mənbə: http://cavidabasov.blogspot.com