Qaçan ayağa daş dəyir və böhranda nə etmək lazımdır?

Dünən çoxtan görüşmədiyimiz yaxın dostlarımızdan olan Rəkam və Vüsal müəllimlə maraqlı axşam yeməyi yedik. Uzun-uzadı səmimiyyət etdikdən sonra, təbii ki, söhbət ölkəmizdə olan bugün ki iqtisadi vəziyyətdən düşdü. Çox danışdıq, müzakirələr etdik. Eyni mövzulu amma fərqli kontentli bir söhbət bugündə digər dostlarımızla oldu və mən bugün Sizə düşündüyüm bir suallın cavabı barədə fikirlərimi bölüşmək istəyirəm – Böhran zamanı nə etmək lazımdır?

İlk əvvəl deyim ki, bloqda yazılan butün məlumatlar (yazılar, fikirlər) İlkin Manafovun şəxsi müşahidələri və ya şəxsi düşüncələridir. Buna baxmayaraq biz hesab edirik ki, subyektiv formada dediklərimiz belə, bugün ölkədə olan real biznesin gerçəkləridirlər.

Biz “day-day” pulu biznes qurmamışıq, biz heç bir maddi və ya siyasi dəstəklə iş görmürük… necə dəyərlər “0”-dan başlatdığımız, balaca-kiçik işlərimiz və ətrafımızda çoooxlu bizneslə məşğul olan adamlar, dostlarımız var. Bu dediklərimdə bir növ şəxsi müşahidələrimdir. Oxuyun, düzgün olduğunu hiss etsəniz əməl edin, əksi olsa, etməyin!)

Qayıdaq sualla, böhran dövründə nə etmək lazımdır? Əzizlərim… bu suallın cavabı çox sadədir… böhrana çox diqqət etmədən işləmək yox, daha çox işləmək lazımdır. Daha konkret desək…

  • Əgər biz 2010-2014-cü illərdə həftədə 40 saat (oxu 50 saat), həftədə 5 gün (oxu 6 gün) işləyirdiksə, böhran olduğu üçün biz daha çox işləməliyik;
  • Əgər biz gün ərzində 10 nəfərə öz məhsulumuzu təklif edirdiksə, indi biz bunu 20 nəfərə etməliyik;
  • Əgər biz əvvəllər bir mebelin (oxu digər məhsul) satışından 30% qazanırdıqsa, indi 15% qane olub, daha çox satmalıyıq;
  • Əgər əvvəllər bazarın 10% sahib olub, 100 manat qazanırdıqsa, indi əlavə yollardan istifadə edib payımızı 15% qaldırmalıyıq, bəlkə yenə 100 manat qazana bilək və s.

Böhran ilk əvvəl şirkətlərə, biznesə mənəvi cəhətdən təsir edir. Biz düşünürük ki, hamıda vəziyyət pisdir və “elnən gələn toy-bayramdır”, amma unuduruq ki, əgər “eldən” fərqlənmək istəyiriksə, mütləq onlardan bir daha çox çalışmalıyıq. Biz istirahət sözünü maksimum az düşünüb, daha ürəklə gördüyümüz işin üstünə düşməliyik. Biznesə daha çox ağırlıq verməliyik. Məsələn, mən bu ay German Studio-da 4 ilə qədər olan butün aylardan daha çox vaxt sərf etmişəm. Səbəb məlumdur.

Eyni şey, bölgələrdə olan mağazalarımıza aiddir. Sentyabr ayının tam olaraq bölgələrdə keçirəcəm… məcburam. Bunu etməsən, böhran bizim illərlə qurduğumuz zəhmətimizi məhv edə bilər. Butün sahibkarlar, butün biznesmenlər bugün öz işlərindən daha çox “yapışmalıdır”, biz daha çox işləməliyik.

Rokfelllərin belə bir fikri var “Çox işləyən insanların, pul qazanmağa vaxtı olmur…” doğrudur. Mənim özüm belə bu fikirlər 100% razıyam… AMMA biz bilirik ki, Rokfellər “Rokfellər” olmamışdan, (yəni 1870-1880-ci illərdə) gecə-gündüz Standard Oil-in ofisində yatıb, daha sonra isə, Rokfellərin hər sabaha ilk olaraq ev-ofisində sənədlərə baxmasından başlayıb?!

Təbii ki, biz Rokfellər deyilik… deməli… deməli biz öz işimizə daha çox vaxt ayırmalıyıq, çünki böhran qapının önündə bizi gözləyir və s. Çox işləmək dediyimiz zaman, biz həmçinin mövcud bizneslərdə yeni imkanların tapılmasını başa düşürük. Biz dünənə qədər etdiyimiz hansısa işlərə yeni gözlə baxmalıyıq, çünki artıq xərclər “dünən” ki xərclər deyil. Biz dünən qazandığımızı qazanmayacağıq.

Əziz oxucu, bu yazını yaza-yaza xaricdə olan bir dostum WhatsUp-la mənə yazır: “Dünən və bugün neftin qalxmasını oxuyub, çox sevindim, İlkin elə bil nefti mən satıram. Heç öz malımız satılanda elə sevinmirəm…” dedi. Dostumuzu burdan salamlayırıq… AMMA və LAKİN…

… Düşünürəm ki, gecə-gündüz internetdə neftin qiyməti barədə düşünməkdənsə… hamılıqla yeni düşüncələr tapmalı, biznesdə yeni gəlir yerləri aşkarlamalıyıq… neft qalxsa, onsuzda qalxacaq!))

Bir sözlə düşünürük ki, böhran dövründə çoxlu qaçmaq lazımdır, yalnız qaçdığımız zaman biz nesə əldə edə bilirik, yerində durmaq bizi üçuruma apara bilər. İnanmıram ki, bu bloqun oxucuları uçurumda olmaq istəyir?! Necə dəyərlər… qaçın, qaçan ayağa daş dəyər…

Müəllif: İlkin Manafov

Mənbə: http://www.ilkinmanafov.com