“Panasonic” şirkəti ləklərdən avtomatik olaraq pomidor yığan robotun prototipini təqdim edib. “gazeta.ru” saytının verdiyi məlumata görə, bu barədə şirkətin tərtibatları barədə yaydığı məlumatda deyilir.
Robotun işində əsas rolu onun gözü oynayır ki, bu da miniatür kameradır və yetişmiş məhsulu tanımaq imkanına sahibdir. Bundan başqa, robotun sensoru hər bir barın rəngini ayrı-ayrılıqda analiz edir, onun tam yetişdiyini və ya yetişməsi üçün müəyyən vaxtın lazım olduğunu müəyyən edir.gər pomidor yetişibsə, robot onu səliqəli şəkildə dərir və səbətə göndərir. Səbətin dolduğunu isə robot xüsusi sensoru ilə fiksə edir və sonradan yenisi ilə əvəzləyir.
Hazırda “Panasonic” şirkətinin robotu 20 saniyədə bir məhsul yığmağa qadirdir. Şirkətin mühəndisləri bu göstəricini 6 saniyəyə qədər azaltmaq niyyətindədirlər. Şirkət hesab edir ki, onların tərtibatı kənd təsərrüfatı sahəsində geniş istifadəyə səbəb ola bilər. Hələlik prototip işlənilmə mərhələsindədir. Onun satışa çıxarılma vaxtı və müddəti barədə məlumat verilmir.Bir qədər əvvəl isə “Panasonic” şirkəti digər şirkətlərlə birgə camaşırları sərbəst qatlamağı bacaran avadanlığını təqdim edib.
Mənbə: http://ikt.lent.az/