Partnyorluq marketinqi

Partnyorluq marketinqi
2606

İstənilən biznes növü genişləndikcə bu və ya digər dərəcədə marketinq proqramını nisbətən geniş və ya daha alternativ çərçivədə tətbiq etməli olur. Lakin bir marketinq strategiyası vardır ki, o, bütün zamanların ən yaxşısı sayıla bilər. Bu, bəzən Strateji Alyans adı ilə tanınan Partnyorluq Marketinqidir.

Bu marketinqin özəyi ondan ibarətdir ki, eyni müştəri bazasına malik olan, lakin sizinlə rəqabət aparmayan yaxın bizneslər tapırsız və sonra siz, bir-birinizin məhsullarını və xidmətlərini öz müştərilərinizə təşfiq etməyə razılaşırsız.

Məsələn, əgər siz bərbər fəaliyyəti ilə məşğulsunuzsa, onda sizə yaxın biznes növləri kimi şəxsi məşqçilər, gözəllik klinikaları, masaj terapistləri və moda evləri ola bilər. Əgər pəncərə təmizləmə biznesi ilə məşğulsuzsa, onda daşınmaz əmlak agentləri, interyer dizaynerləri və rəngsazlar sizin partnyorunuz ola bilər.

Partnyorluq Marketinqi haqqında aydın fikir aldıqdan sonra indi sizə onun 5 ən dəyərli faydalarını izah edəcəyik:

1. Daha çevikdir
Sizə bir sual verim: 100 müştərini tapmaq daha tezdir, yoxsa toplam 100 müştərisi olan 4-5 firmanı? Birinci seçim sizdən həftələrinizi, hətta aylarınızı ala bilərsə, ikinci seçimin tətbiqi yalnız bir neçə saat ərzində həyata keçirilə bilər.

İkinci seçimdə perspektiv partnyorların siyahısını yaratmaq və sonra da, onların bizneslərinə hansı dəyəri əlavə edəcəyinizi bilmək üçün, həmin bizneslər üzrə araşdırma aparmalı olacaqsız. Bunu etdikdən sonra, ya zəng edib ya da e-mail göndərib məsələni onlara izah edirsiz və onları partnyorluğa dəvət edirsiz. Təbii ki, bu, yeni bir şey deyil, amma bunu etsəz, hər beş biznesdən dördü sizinlə görüşməyə razı olacaq. Bu baş verdikdə, işi həmin məqamdan davam etdirmək daha asan olacaq.

2. Daha ucuzdur
Bir sıra bizneslər var ki, onlar hər müştərinin cəlb olunmasına ortalama 100 USD pul xərcləyirlər. Yuxarıdakı misalın konteksində buna baxsaq, belə çıxar ki, 100 yeni müştərini cəlb etmək üçün siz 10 000 USD pul xərcləməli olacaqsız. Bu, arzu olunan faydanın əldə edilməsi ümidinin (yalnız ümidinin!!) qarşılığında böyük məbləğdir. Partnyorluq Marketinqində isə sizin yatırım edəcəyiniz məbləğ, bir neçə saatdan başqa ola biləcək broşuraların çapı üçün bir neçə yüz manatdan artiq olmayacaq.

3. Daha effektivdir
Ənənəvi marketinqdə qazandığınız müştərilərin əksəriyyəti, ən azı ilkin mərhələdə, soyuq münasibətli olurlar. Çünki, çoxlarına, təklif etdiyiniz məhsulu istəsələr də, niyə məhz sizi seçdiklərinə əmin olmaları üçün uzun müddət lazım olur. Amma sizin məhsulunuz, artıq reputasiya qazanmış partnyorunuz tərəfindən təşfiq edildikdə, onun, müştərilərində yaratdığı etibar gücü avtomatik olaraq sizə keçmiş olur.

4. Daha çox sevdirəcək
Reallıq ondan ibarətdir ki, sizin müştərilər, köməyiniz olmadıqda, sizə yaxın bizneslərin məhsullarının aranmasına çoxlu vaxt sərf edirlər. Əgər siz, etibarlı partnyor tapıb, onu müştərinizə tövsiyə edirsizsə, onda onun vaxt resursuna qənəat etmiş olarsız ki, buna görə də o sizi sevər. Sevən müştəri isə sizdən daha çox mal alacaq və sizi tanıdığını ətrafına tövsiyyə edəcək.

5. Daha güclü görünəcəksiniz
Əgər siz yeni biznes qurmusunuzsa və ticarət markanız hələ geniş müştəri kütləsinə məlum deyilsə, onda partnyorluq marketinqi sizi olduğunuzdan daha böyük göstərmək üçün gözəl vasitədir. Partnyorlarınızın loqolarını saytınızda və ya broşuralarınızda göstərməklə, siz müştərilərinizdə şaxələnmiş biznesə malikolma təəsüratını yaradacaqsız. Onlar fikirləşəcəklər ki: “Əgər sizin biznes bu qədər şaxələnibsə və bu qədər şirkət tanıyırsa, onda sizin biznes sağlamdır”.

Beləliklə, siz partnyorlarınızın müştərilərini cəlb etməklə bərabər, öz müştərilərinizi də partnyolarınıza yönəltməkdə düzgün mövqeləşəcəksiz. Üstəlik, mövcud Partnyorluq Marketinqi, yeni partnyorların cəlb edilməsini və bu prosesin qövsvari hal almasını asanlaşdıracaq.

Xülasə
Beləliklə, biz Partnyorluq Marketinqinin 5 ən faydalı səbəbini təqdim etdik. Lakin təqdim etdiyimiz bu arqumentlər prosesin sadələşmiş formasıdır və sizə tövsiyəmiz budur ki, bu barədə daha çox öyrənəsiniz. Bu sənətə sahib olmanız isə sizin üçün davam edən biznes uğurunun təminatını yaradacaq.