Beyniniz 2.5 milyon GB bilgini saxlamaq bacarığına malikdir. Belə bir imkan olsa, beyninizə 300 il uzunluğunda olan yüksək keyfiyyətli videonu yükləyə bilərdiniz.
Burnunuzun da eynilə beyniniz kimi yaddaşı var. Buna görə 50.000 fərqli qoxunu xatırlaya bilərsiniz.
Bir yerə baxarkən diqqətinizi cəmləyən əzələ göz əzələləridir. O, gündə 100.000 dəfə hərəkət edir. Bu da 80 km gəzərkən istifadə olunan bütün əzələ hərəkətlərinə bərabərdir.
Başınızdakı bütün saçlarınızı birləşdirsəniz alınan ip 12 ton yükü qaldıra biləcək qədər sağlamdır.
Gözünüz digital kamera olsaydı, 576 megapixellik kameranın gücünə sahib ola bilərdi.
Dilimizdə 10.000 dad alıcı var. Daha yaxşı dad ala bilməniz üçün 2 həftədən bir yenilənirlər.
Ürəyiniz öz enerjisini istehsal edə bildiyi üçün bədəninizdən çıxarıldığında da ata bilir. Hətta oksigen ala bilərsə öz başına yaşamağa davam edə bilər.
Mədə ülgücü əridə biləcək qədər güclüdür.
Sinir hüceyrələrinin daşıdığı signalların sürəti saatda 400 km-dir. Bu da «Formula» maşınlarının sürətindən daha güclü deməkdir.
Qara ciyəriniz hüceyrə yeniləmə barəsində qeyri-adi bacarığa malikdir. Qara ciyərinizin yarısını bağışlaya bilərsiniz. Bir müddətdən sonra özünü bərpa edə bilər.
Bədəninizin yarım saatda istehsal etdiyi istiliklə 4 litr su qaynada bilərsiniz.
İndi dünyanın ən sürətli kompyuteri 1300 çinli alimin birgə işi ilə hazırlanan «Tiyalde 2»-dir. Beynimiz bu kompyuterdən daha sürətlidir.
Bədəniniz saniyədə 25 milyon yeni hüceyrə istehsal edir. Beləliklə, 4 saniyədə bütün Türkiyə əhalisindən daha çox hüceyrə istehsal edirsiniz.
Gözünüz 10 milyon müxtəlif rəngi seçə bilər.
Bədəninizdəki damarların uzunluğu 96 min km-dir. Dünyanın ətrafı 40 min km olduğuna görə, damarlanız dünyanı 2.5 dəfə dövr edə bilər.
Beyniniz dəqiqədə 1000 söz oxumaq bacarığına malikdir.
Sümükləriniz qranit qədər güclüdür. Bir kibrit qutusu böyüklüyündə sümük 9 ton ağırlığa dözə bilər.
Dünya düz olsaydı zülmət qaranlıqda gözünüz 50 km uzaqlıqda olan şam işığını görə bilərdi.