Özünüzə qalib gəlin : Öz bildiyinizdən başlayın. Uğur dedikdə nə başa düşürsünüz? Nəyi etməyə qadirsiniz. Sizi digərlərindən fərqləndirəcək bacarıqlarınız nələrdir. Öz bacarıqlarınızı qısa bir zamanda gözdən keçirdin. Üstün tərəflərinizi tapın. bunların üzərində işləməyə başlayın. Çatacağınız hədəfləri və quracağınız planları bu bacarıqlara görə dəyərləndirin. Özünüzə bu sualı vermisinizmi heç? bu mənim həyatımdır. Uğura gedən yol mənim əlimdədir. Mənim həyatımdakı dəyişiklər heç kimi maraqlandırmır. Özünüzü kəşf etməyə çalışın və bunu edin.
Təsvir edin: İdeal karyeranı qurmaq üçün nə etməlisiniz? Hər şeyin ən yaxşısını təsvir etməyə çalışın. Karyeranızı, işinizi, biznesinizi, ailə həyatınızı, sağlamlığınızı, maliyyə vəziyyətinizi və s. Bu sizə böyük stimul verəcək. Bu anda çıxış yolları və uğura getmək üçün alternativ yollar axtarmağa başlayacaqsınız. Bu saydıqlarımı əldə etmək üçün nə etmək lazım olduğunu təsvir edin və təsviri plana çevirin .
Həyata keçirdin: Əsas məsələ bu gücü özünüzdə tapa bilməkdir. Özünüzü toparlaya və istədiyiniz bu yolda hərəkət etmək üçün yaxşı güc qaynağınız olmalıdır. Bir çox yazımda söylədiyim kimi dözümlü olmaq, sona qədər vuruşmaq və işin nə olmasından, nə çətinlikdə olmasından aslı olmayaraq özünüzü bu işi görməyə vadar etməlisiniz.
Müəllif: Cavid Abasov