Ölkəmizdə insanlar bir çox məqamlara həyatlarında xüsusi önəm verir və özlərinin ən önəmli missiyalarından biri hesab edirlər. Bunlardan biri də tərbiyyədir. Bizim insanımız sevir özünün, övladının və ya digər bir yaxınının tərbiyyəsi haqda uzun uzadı dnaışmağı, qurrələnməyi, fəxr etməyi.
Bəs tərbiyyə nədir ? bu ilk növbədə mənim ən çox zəhləm gedən sözlərdən və məhfumlardan biridir. Çünkü bu əksər hallarda copy+paste olaraq tətbiq olunur. Yəni valideyn özü necədirsə, özü üçün nələr doğru nələr yanlışdırsa bunu övladına məcburi şəkildə yeridir, adınıda tərbiyyə qoyur. Ümumi anlayışda isə tərbiyyə: Uşaqlarda fərdi insanı xüsusiyyət və keyfiyyətləri, həmçinin komunikasıa bacarıqlarının və ətrafa baxış tərzinin məqsədyönlü şəkildə inkişaf etdirmək fəaliyyətidir.
Bəs bizdə valideynlər övladlarının hansı cür tərbiyyəsi ilə fəxr edirlər? Uşağım evimizdə adicə konfet götürəndə belə məndən icazə alır, harasa gedəndə mən dediyim vaxtda gəlir və sairə və ilaxır. Yəni tərbiyyə sistemimiz və anlayışımız əsasən yalnız valideyndən icazə almaqdan və bənzər xüsusiyyətlərdən ibarətdir.
Doğrudur çox az sayda olan gözəl xüsusiyyətlərdə öyrədilir uşaqlara, məsələn müəyyən məkanlarda qocalara öz yerini güzəşt etmək və ya yardım etmək kimi, ama inandırım sizi ki, o uşaq öz yerini verdiyi qoca adamın hansısa bir qolunun ya ayağının olmadığını gördükdə, və ya həmən şəxsin hansısa bir xəstəlik səbəbi ilə yaranan fərqliliyini gördükdə, ya gözlərini ona zilləyəcək zombi görürmüş kimi baxacaq, yada gülüb ələ salacaq. Səbəbi üçün birazda səbr edin...
Mən “uşağım tərbiyyəlidir” deyərək sinəsinə vuran bir çox valideynlərin tez-tez küçədə necə pərt olduqlarının şahidi oluram. Çünkü əksər uşaqlar və yeniyyetmələr küçədə hər hansısa bir əlilliyi olan, qara dərili olan və ya homoseksual olan şəxslər gördükdə ya əlləri ilə göstərib gülüşürlər, yada yad planetli görmüş kimi gözlərini zilləyirlər. Uşaqlarda günah yoxdu, məndə küçədə uçan avtomobil görsəm təəcüblənərəm və baxaram, çünkü insana hər zaman bilmədiyi görmədiyi şey maraqlı gəlir. Ona görə də, uşaqların bu cür davranışlarının səbəbi, sutkada neçə saatın olması qədər aydındır. Səbəb uşaqların və yeniyyetmələrin insan müxtəlifliyi haqda məlumatsız olduqlarına görədir. Bu təəcüb dolu baxışlar bəzən hətta olğun insanlar və gənclərdə də olur, ama bu qədərini danışıb vəziyyətin belə acınacaqlı olmasını diqqətinizə çatdırıb əhvalınızı korlamaq istəmirəm )
Qeyd etdtiyim kimi, valideynlər uşaqlarının bu cür qeyri adekvat davranışlarını gördükdə çox pərt olurlar, bəzi qadınlar onların üzərinə qışqırır, bəziləri əlindən tutub dartır, bəziləri heçnə olmamış kimi yollarına davam edirlər. Amma qəbahət birbaşa onların özlərindədir, çünkü onların başı qarışıb uşağa yalnız qadağalar qoymağa, çünkü onların başı qarışıb yalnız “olmaz” deməyə. Lakin uşağa insan müxtəlifliyi haqda məlumat vermək, insanları sevmək, ətraf mühitlə əlaqə qurmağa aid olan məsələlər uşaqlara öyrədilmir.
Özünüz sevmədiyiniz və ya sizə qadağan edilən şeyləri övladınıza sadəcə və sadəcə qadağa etməklə övlad tərbiyyə etmək səhv seçimdir. Həm ona görə ki, nəyisə olmaz dedikdə, onu faktlarla və tutarlı arqumetnlərlə izah etmək başa salmaq lazımdır, həmdə ona görə ki, siz yalnız bu tip şeyləri etməklə övladınız sizin dediyiniz kimi “tərbiyyəli” olmayacaq, və ya olmuş kimi özünü sadəcə evdə belə göstərəcək, bayırda və ictimai məkanlarda isə məlumatsızlıq bilgisizlik səbəbi ilə qeyd etdiyim hadisələrdə olduğu kimi çox qeyri etik davranışlar edəcək.
Uşaqlar, yeniyyetmələr bizim gələcəyimizdir! Onları doğru yetişdirmək üçün məlumatlandırın, marifləndirin və ən əsası özünüz uşağınızı görmək istədiyiniz kimi olun, çünkü uşaq dünyaya gəldikdən uzun bir müddətə qədər vizual mariflənmə bazası siz olursunuz. Buna rəğməndə nələrdənsə narazısınızsa, deməli hələ ilk növbədə öz üzərinizdə çalışmalı olduğunuz bir çox məsələlər vardır.
Müəlif: Murad Məmmədov