Uber taksi xidməti artıq Bakıda

Uber taksi xidməti artıq Bakıda
5917

Dünyanın 57 ölkəsində və 300-dən çox şəhərində xidmət göstərən populyar taksi və xüsusi avtomobil çağırma (şəxsi sürücü) xidməti Uber, Azərbaycanda xidmət göstərməyə başlayıb. Xəbərlər məlumat verir ki, şirkət Bakıda müştərilərinə göz qamaşdıran, lüks və biznes klass avtomobilləri təqdim edir. Fəaliyyətə başladığı hər bir şəhərdə tanınmış şəxs Uber-i sifariş edən və istifadə edən ilk istifadəçisi olur.

Bakıda Uber-in ilk istifadəçisi GoldenPay və Hesab.az-ın təsisçisi Fərid İsmayılzadə olub. Mercedes-Benz S Class avtomobili Fərid İsmayılzadəni evindən götürərək ADA Universitetinə çatdırıb. Yazıçı və Hajizade Group-un təsisçisi Əli Hacızadə də ofisindən önəmli konfransın keçirildiyi Azərbaycan Dövlət İqtisad Universitetinə getmək üçün Uber-dən istifadə edib. Yeni S Class 222 avtomobili dəqiqələr içərisində yaxınlaşaraq onu gedəcəyi yerə vaxtında çatdırıb.

Uber mobil telefondan və ya kompyuterdən taksi çağırma xidməti təklif edir. Bunu üçün xidmətin xüsusi proqramını smartfonunuza (Windows və iPhone, Android, Blackberry 7) yükləyərək, sistemdə qeydiyyatdan keçmək tələb olunur. Qeydiyyatdan keçmək adınzı, emailinizi və kredit kartınızın məlumatlarını daxil etməklə mümkündür. Bunun səbəbi səyahət zamanı gediş haqqının nağd tələb olunmamasıdır, xidmət haqqı kredit kartından silinir.

Uberin digər fərqliliyi taksilərinin lüks avtomobillər olmasıdır. Uber xidmətinin qiymətləri aşağıdakı kimidir:
- Avtomobilin sifariş edilməsi: 2 AZN
- Bir kilometri: 0.90 AZN
- Gözləməyin bir dəqiqəsi: 0.20 AZN
- Minimal qiymət: 5.00 AZN

Mənbə: http://www.marja.az/busines/sector/services/item/182913-populyar-taksi-xidm%C9%99ti-uber-bak%C4%B1da.html