Ödəniş kartlarını fırıldaqçılardan necə qorumaq olar?

İndiyə qədər plastik kartların daha təhlükəsiz olduğu haqqında çoxlu eşitmişik. Lakin bu sözlər və təminatlar artıq tarixə qovuşur. Dünyanın bir çox yerində insanlar bank kartları fırıldaqçıları ilə mübarizə aparmağa məcbur olurlar. Qarətçilər plastik kartlar barədə məlumatı müxtəlif yollarla əldə edə bilərlər: online alış-veriş etdikdən sonra, mobil applikasiyalar yükləyən zaman, ödəniş üçün göndərilən linkə daxil olarkən və s. İndi isə təhlükəsizlik üçün bəzi üsullarla tanış olacağıq.

Kartdan offlayn istifadə edərkən:

- Mağazalarda alış-veriş edərəkən kartınızı satıcıdan başqa heçkəsə etibar etməyin. Həmçinin diqqət edin ki, siz məlumatları daxil edərkən, heçkəs kartla bağlı gizli informasiyanı oxumasın. Əgər təhlükəsizlikdən daha çox əmin olmaq istəyirsinizsə, o zaman xırda alış veriş-zamanı kontaktsız ödəmə üsullarını seçin (PayPass və ya payWave).
- Restoran və ya kafelərdə hesabı ödəyərkən daha ehtiyyatlı davranın. İşçilərə kartınızı verməyin, həmçinin kartı özləri ilə aparmağa da icazə vermək təhlükəlidir. Yaxşısı budur ki, ofisianta plastik kartla ödəniş edəcəyinizi əvvəlcədən bildirəsiniz. Belə olduqda o, POS terminalı masaya gətirəcək.
- Bankomatlardan pul çıxararkən şifrə daxil etdiyiniz rəqəmlərin üzərini örtün. Son vaxtlar araşdırmaların nəticəsi göstərir ki, belə kələkbazlıq halları daha çox baş verir. Hətta fırıldaqçılar bəzən gizli yerlərdə, şifrəni müəyyən etmək üçün kamera da quraşdırırlar.
- Təmirsiz və baxımsız vəziyyətdə olan bankomatlara kart daxil etməyin. Çünki, bəzən belə bankomatlar saxta çıxır və kartla bağlı məxvi məlumatları mənimsəyir.
- Sizə müəmmalı görünən bankomatlardan istifadə etməyin. Məsələn: PİN kodu iki dəfə daxil etməyi tələb edən bankomatlar.

Kartdan onlayn istifadə edərkən:

- Online alış-verişlər üçün başqa bir kart açın. Bugün əksər banklarımız sizə bəzi online xidmətlərdən istifadə etmək üçün virtual kartlar təqdim edir. VirtualCard – İnternetdə mal və xidmətlərin haqqının ödənilməsi, həmçinin İnternet kazinolarda mərc əməliyyatları üçün istifadə olunan VISA sisteminin virtual kartıdır.VirtualCard-ın İnternetdə istifadəsi nəzərdə tutulduğundan onun maqnit zolağı və PİN-kodu yoxdur. Virtual kart vasitəsilə bankomatdan pul çıxarmaq və ya POS-terminal vasitəsi ilə mal / xidmətin haqqını ödəmək mümkün deyil. Virtual kartlar yalnız debet rejimində işləyir, bu kart üzrə kredit xətti açmaq mümkün deyil.
- Yalnız və yalnız etibarlı saytlarda ödəmələr həyata keçirin.
- Yalnız https nişanları olan saytlarda ödənişlər edin.
- Ümumiyyətlə PİN kod seçərkən çalışın adınız, ünvanınız, doğum tarixiniz, telefon nömrəniz və s. kimi hamıya bəlli olan informasiyalardan istifadə etməyəsiniz. Əgər kartınız itib, oğurlanıb, ATM-də ilişib qalıbsa dərhal maliyyə instutunu bu barədə məlumatlandırın.

Mənbə: http://banco.az