Niyə ZARA, Azərbaycanı sevmir?

Əziz oxucu, Sizlərində bildiyi kimi biz bloqumuzda gündəlik həyatda baş verən marketinq-biznes ağırlıqlı hadisələr (epizodlar) şəklin də məlumatlar veririk. Sağ olsunlar… bu sahədə yazılacaq material o qədər çoxdur ki, bloqumuz heç bir şəkildə kontentdən şikayətçi olmur. Bu dəfə mən Sizə 28Mall-da yerləşən ZARA-da olan insident və ya antiazərbaycan mövqeyi barədə danışacam.

Həftə sonu qızımla 28Mallda yerləşən Cinemaya getmişdik. Qızım kinozalda Winx cizgi filminə baxdığı zaman, məndə Mallda olan ZARA-ya yaxınlaşdım. Endirimli məhsulların içərisində bir köhnək göründü, stenddə butün mallar – 15 manata, yazılmışdı və mən “yaxşı qiymət” deyib götürdüm. Köhnəklə paralel bir dənədə xırda nesə seçdim və ümumi alış paketim 35 manat oldu. Kassaya yaxınlaşdım və fikirli olduğumdan kassada mənə deyilən 60 manat hesabına fikir vermədim, pulumu ödədim və malı götürdüm.

Mağazadan çıxmaq istəyirdim ki… yadıma düşdü ki, mən axı 35 manat verməli edim, niyə 60 verdim?! Eyni sualı yaxınlaşıb kassaya verəndə, orda olan kassir oğlan məsələni aydınlaşdırmaq üçün mallara bir daha baxdı və üzr istəyərək dedi: “Müəllim, bağışlayın, bu mal endirimdə deyil, yəni malın dəyəri 15 manat deyil, 40 manatdır”. Mən, bir-az təəcüblənib: “necə ola bilər? Axı orda yazılıb 15 manat?!”, kassir bir daha təmkinlə cavab verdi: “Bağışlayın, sırf insan faktorudur, biz malları geri qaytara bilərik”. Vəziyyəti tam aydınlaşdırmaq üçün, menecerdən dəqiqləşdirməyi xahiş etdim və… və olacaqlar bundan sonra başladı.

Menecer dediyimiz bir xanım edi… və yaxınlaşdığı zaman mən bununla dialoqa başladım. Hər şey dəqiq olmağı üçün dialoqu bəzəmədən Sizlərə təqdim edirəm:

  • Mən: Salam bu köhnək endirim olan yerdədir, amma kassada heç bir endirim yoxdur.
  • Menecer: Что-оо-оо? Говорите по русски.
  • Mən: (diqqətlə xanımın simasına baxıb, bir 10 saniyə süküt saxladım… dedim bəlkə, danışıq tonundan bir-az utana…) Mənə menecer lazımdır, Sizsiz bu mağazada menecer?!
  • Menecer: Так, я не знаю Ваш язык… (simasında yazılıb ki, sən rusca bilmirsənsə, nə gəzirsən bizim mağazada)
  • Mən: Вы менеджер салона и не можете говорить по азербайджански?
  • Menecer: Да… я не обязана говорить на Вашем языке, если Вы недовольны мы можем вернуть товар.
  • Mən: По Вашей вине я плачу в 2 раза больше… Вам не кажется что тон разговора у Вас не правильный… bu andan sonra… ukraynalı menecer Дарья Паулевская-ın əsas siması önə çıxdı…
  • Menecer: Вы никто чтобы мне что-то указывать, здесь я директор (direktor dediyimiz bu Dariya 28 Mall, ZARA Woman bölməsinin meneceridir) и я знаю что говорю…

Hə-əəə… əlbəttə, bu nöqtədən sonra, məndə mən olmazdım ki, Dariyanı başa salmayım… həmdə ətrafa baxdım ki, mənimlə çox mədəni danışın Azərbaycanlı kassir oğlan, satıcılar… Dariyanın bu həyasızlığından ŞOK-dadırlar və əgər mən… burda Dariya Paulevskayaya öz yerini göstərməsəm, o elə bilər ki, butün Azərbaycanlıları… Retail Group Azərbaycanın rəhbərliyi kimi aldatmaq olar, Retail Group ZARA, Bershka və s. brendlərinin ölkəmizdə rəsmi distribyutorudur (dileridir).

Dedim… Dariya… burda direktor əgər varsa, oda mənəm… bilirsən niyə?!

Çünki, sən burda mənim pulumdan istifadə edib, işləyirsən, əgər mən İlkin (və ya digər Azərbaycanlılar) olmasa, sən bir manatda olsun əmək haqqı ala bilmərsən.

Çünki, sən burda mənim vətənimin paytaxtındasan və sən borclusan ki, mənə yalnız müştəri kimi, deyil, həmdə yaşadığın ölkənin vətandaşı kimi hörmət edəsən, heç olmasa mənim dilimdə danışmadığının üçün üzr istəyəsən… sən Azərbaycanda, Azərbaycan dilini bilməlisən.

Çünki, sənin “rəhbərlərin” (rəhbər dırnaq içərisində) məhz Azərbaycanın pulu hesabına bu biznesləri qurublar, investitsiya Azərbaycanındır və sən bu şirkətdə çalışdığın üçün bu ölkəyə, bu millətə, bu insanlara hörmətlə yanaşmalısan…

Dariya çox sakit durmuşdu… sifəti qıp-qırmızı edi… mağazada çalışan Azərbaycanlı personalın simasında qəribə bir hiss var edi, sanki onlar bu dialoqdan çox məmnun qalmışdılar və Dariyadı, Daryadır nədir… dodağından mızıldanaraq bilirsiz nə dedi?!

Yooox, qətiyyən yox, o yənədə üzr istəmədi… Dariya dedi ki:

“Да-ааа, так бы сказал бы… я украинка и буду говорит только по русски.” Bu anda artıq mən başa düşdüm ki, gunah Dariyada deyil… gunah, Darya kimi qeyri-peşəkar adamları bizim peşəkar olan işçilərin başına rəhbər (menecer) qoyanlardadır… Daryanı Azərbaycan dilində danışanları “çüşka” kimi baxdıran… Retail Group şirkətinin rəhbəridir… Əgər bu şirkət Dariya işə götürəndə başa salsaydı ki, sən Azərbaycan dilində öyrənməlisən, Dariya heç vaxt mənimlə belə mədəniyyətsiz formada danışmazdı. Şərt deyil aaa, Dariyaya Azərbaycan dili öyrətmək… şərt odur ki. Dariya bildirmək ki, sən Azərbaycanlısansa, bizim dilə hörmət qoymalısan.

Mən inanmıram Retail Group Azərbaycan şirkətinin rəhbərliyi Azərbaycanı sevməsin… AMMA çox təəsüf ki, apardığı kadr siyasəti ilə, nəyin ki, mağazalarında qeyri-professional xidmət göstərir… bu şirkət Azərbaycançılığa hörmətsiz yanaşır. Təkrar edirəm, Dariya kimi kadrların bizim dilimizə, bizim xalğımıza, bizim insanlarımıza etdiyi hörmətsizliyin kökündə məhz şirkət rəhbərliyinin buna diqqətsiz yanaşması durub.

Sizə əmin edirəm… eyni şey, Tbilisidə təkrarlana bilməzdi (mən demirəm Rusiya, Türkiyyə, Almaniya və s.), Sizə əmin edirəm Dariya Paulevskaya Lvovda öz ruscasını belə göstərə bilməzdi… AMMA Azərbaycanda edir, niyə?!

Çünki, biz daim xaricilərə qibtə ilə baxırıq… elə bilirsiz, problem tək Retail Group və Dariyalardadır… eyni şey İdeal Parfumeriyadada var, eyni şey Music Galleridede var və s. Siz elə bilirsiz Azərbaycanda Darya kimi kadr yoxdur… əmin edirəm 10 dəfə ondan güclüsüdə var, sadəcə biz Azərbaycan çörəyini yadları yedizdirməyi xoşlayırıq.

Mən bir şeyi başa düşmürəm… “orta statistik” Azərbaycan kişisi mütləq həyatında bir dəfədə olsun Ukraynada olub, elədir?! Əgər Ukraynada olubsa, Ukrayınların xidmət anlayışınıda görüb, mən Sizə 100% əminliklə deyirəm, Ukraynlardan, Ruslardan ticarətçi olmayıb və yaxın gələcəkdə olmayacaq. Orda olan adamlara baxın və görəcəksinizsə hamısının qanınqa qeyri-slavyan (rus, ukrayın) qanı var. Bu millət marketinq, ticarət üçün yaranmayıb, Darya başda olmaqla bunlar bilmirlər ki, müştəri ilə elə danışmaq olmaz. Bunlar sadəcə bunu bilmir.

Rusun xasiyyəti odur ki, riyaziyyətçi olsun, nə bilim digər dəqiq elmlərdə özünü sınasın, amma rusdan lider, rəhbər və ya marketoloq heç vaxt olmayacaq. Bu keyfiyyətlə bu millətdə yoxdur. Görəsən bunu, Retail Group, İdeal kimi pərakəndəçilərimizin rəhbərliyi bilmir?! Niyə göz görə-görə özlərini uçuruma aparırlar?! Onlar bilmirlər ki, ən böyük rus pərakəndəçilərinin birinin sahibi erməni, digərinin ki, evreydir (Sergey Qaliskiy (Maqnit) – erməni, X5 Retail)?!

Əziz oxucu, inanın ki, mən aşırı millətçi deyiləm… mən demirəm, Dariyanı Azərbaycandan sürgün etmək lazımdır və s. YOX, qətiyyən YOX. Amma Darya kimi kadr götürməzdən, əvvəl bunu bir yoxlamaq lazımdır, bunun “qandığı qrafa var, yoxsa yox” – əmin edirəm yoxdur! Sizə bir pis xəbər verim… təəsüf ki, Dariya yenədə Azərbaycana hörmət qoymayacaq, çünki biz özümüz özümüzə hörmət qoymuruq…

Bir şad xəbərdə verim… mağazadan çıxanda Azərbaycanlı personal mənə çox sağ ol dedi, məndə təbii ki, malı qaytarmadım… eybi yox, qoy 10-15 manat Retail Group-un halalı olsun, amma əgər bu qazanc Daryalara gedəcəksə… ondan pulun halallığını vermirəm. Vermirəm dediz yadıma düşdü… mən birdə ZARA Azərbaycandan heçnə almaram, çünki burda Azərbaycanı sevmirlər.

Sizlərdən isə, əziz oxucu, bi xahişim var, Retail Group rəhbərliyindən kimlərisə tanıyırsınızsa çatdırın ki, “Azərbaycandan qazandığınız pulları, savadsız ukrayınları xərcləməkdənsə, savadlı AZƏRBAYCANLI işçilər tapsınlar. Heç olmasa, torpaqlarımızı ala bilmirik-bilmirik, əlimizdə olan torpaqlarda Azərbaycançılığı tapdalamayaq. Onlar 100% var!”

P.S. Mən çox istəyirəm ki, Azərbaycanlılar rus dilini bilsinlər, çünki məhz bu yolla biz Azərbaycanı gücləndirə bilərik.

Müəllif: İlkin Manafov

Mənbə: http://www.ilkinmanafov.com